Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-781/2022 24.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Şəxs barəsində 21 noyabr 2022-ci il tarixdə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki ŞRPŞ-dən daxil olmuş iş materiallarında Şəxs barəsində İXM-nin 342.2.2-ci maddəsilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində İXM-nin 529.3-cü maddəsilə inzibati xəta protokol tərtib edildiyi qeyd edilsə də, iş materiallarına İXM-nin 342.2.2-ci maddəsilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materialına nəzər sadıqda aydın oldu ki, Şəxs barəsində İXM-nin 342.2.2-ci maddəsilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol iş materiallarına əlavə edilməmişdir. Hesab edirəm ki, iş materiallarında Şəxs barəsində İXM-nin 342.2.2-ci maddəsilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol mövcud olmadığından və sürücülük hüququnun məhdudlaşdırılması qeyd olunan protokolun cəriməsinin 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə baş verdiyindən inzibati xəta haqqında protokola hüquqi qiymət verilərək tamamlanması mümkün deyildir. Göründüyü kimi, Şəki ŞRPŞ-dən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında iş İXM-nin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki Şəhər Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-781/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-781/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver