Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-786/2022 13.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 nümayəndəsi (vəkili) Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən barəsində tərtib edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X1 nümayəndəsi (vəkili) Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 192.4cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğdə cərimə hesablanmışdır. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, X9 tərəfindən təqdim olunmuş sənədlərdən də göründüyü kimi, Səxavət Həsənov işdən xx.xx.2022-ci il tarixdə azad edilsə də ona ödəniş xx.xx.2022-ci il tarixində edilmişdir. Lakin gec ödəmə üzrlü səbəblərdən baş vermişdir. Belə ki, Cəmiyyətin əsas sifarişçisi dövlətdir və dövlət orqanlarının sifarişi əsasında əsasən məhkəmə, cəzaçəkmə müəssisələri, sosial müdafiə mərkəzləri və sair kimi obyektləri tikirlər. Bəzi vaxtlarda dövlət orqanlarının büdcəsindən Cəmiyyətə ödənilməli olan ödənişlər gecikir. Belə olan halda öhdəliklərinin icrası, o cümlədən əmək haqqların ödənişi bir neçə gün gecikə bilir. Buna görə də keçmiş işçi Səxavət öz ərizəsi ilə işdən ayrıldığı gün ona son haqq-hesabı ödənilməmiş, lakin 9 gün sonra onun bütün əmək haqqı və digər ödənişləri ödənilmişdir. Son haqq-hesabın gecikməsinin hesabda vəsaitin olmaması ilə əlaqədar olmuş və bunu təsdiq edən bank çıxarışını da işə əlavə etmişdir. Belə ki, həmin dövr kəsiyində Cəmiyyətin hesabında 42 manat pul vəsaiti olmuşdur. Buna görə də işçiyə ödənilməli olan son haqq-hesab onların təqsiri ilə əhatə olunmamışdır. Bu səbəbdən üzrlü hesab edilərək Müfəttişliyin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolunu və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, "xxxx" QSC-də çalışan X8 əmək hüquqlarının pozulması ilə bağlı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Nümayəndə ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, X5 əmək haqqı bank hesabından çıxarışdan görünür ki, son haqq-hesab bu Məcəllənin 83-cü maddəsinin ikinci hissəsinin tələbləri pozularaq xx.xx.2022-ci il tarixində əmək haqqı kartına köçürüldüyü məlum olmuşdur. Göründüyü kimi "xxxx" QSC tərəfindən X5 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinin tələbləri pozularaq son haqq-hesabının gec ödənilmişdir. Bununla da "xxxx" QSC-nin direktoru X4 barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 24 oktyabr 2022-ci il tarixli, MN-1497951 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 31 oktyabr 2022-ci il tarixli, MN- 1292529 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X4, X5 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinin tələblərini pozaraq son haqq-hesabını gecikdirdiyinə görə İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş kartları üzrə çıxarışının təsdiq edilmiş surətindən görünür ki, X5 əmək haqqı kartına 700 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixdə yüklənmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 9 dekabr 2022-ci il tarixli hesabdan çıxarışından görünür ki, 01 sentyabr 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixə kimi "xxxx" QSC-nin hesabında 42.04 manat məbləğdə pul vəsaiti olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi ərizəçi tərəf hazırki şikayətində də əmək müqaviləsinə xitam verildiyi dövrdə hesablarında pul vəsaitinin olmadığı üçün əmək haqqını gecikdirdiyini bildirərək İXM-nin 192.4-cü maddəsinin tələblərini pozmasını etiraf etmişdir. Həmçinin məhkəmə iclasındakı izahatında və işdə olan sənədlərdə İXM-nin 192.4-cü maddəsinin tələblərini pozması aydın olur. Göstərilən əsaslarla məhkəmə X3 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X3 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-786/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-786/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver