Məhkəmə qərarları › İş №3(075)-789/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-789/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-789/2022 14.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, 20 avqust 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ictimai nəqliyyat dayanacağında 0,90m x 1,80m x 1 ədəd = 1,62 kvadrat metr ölçüdə *0222 taksi reklamını müvafiq icazə almadan yerləşdirilməsi, yayımı faktı aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün X6 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ictimai nəqliyyat dayanacağında 0,90m x 1,80m x 1 ədəd = 1,62 kvadrat metr ölçüdə *0222 taksi reklamını müvafiq icazə almadan yerləşdirmiş və yaymışdır. Bu barədə 04 noyabr 2022-ci il tarixdə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib olunmuşdur. Həmçinin 04 noyabr 2022-ci il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X6 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. Bildirmişdir ki, taksi xidmətləri şəhərin müxtəlif yerlərinə bu gür reklamlar yerləşdiriblər. Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşları da reklam şirkətinin işçiləri ilə söhbət aparmışlar. Bundan başqa Şəki Bələdiyyəsi də reklam şirkətlərindən şikayət yazmışdır. Göstərmişdir ki, həmin reklam şirkətləri reklamları qaz turbalarına, elektrik dirəklərinə, bankomatların üzərilərinə vuraraq yayımlamışlar. Bundan başqa “Marxal Resort spa” istirahət mərkəzinə gedən yolda kraska ilə reklam yayınlamışlar. Bütün bunlar şəhərin texniki standartlarına xələl gətirir. Onlar dəfələrlə Şəxs həmin reklamları götürməyini bildirmişlər, lakin o, reklam agentliyinin əməkdaşlarına demişdir ki, sübut etsinlər ki, həmin rekları onlar vurublar. Buna görə də Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə insibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, müştəri toparlamaq üçün Şəki şəhərinin müxtəlif ərazilərinə *0222 taksi şirkətinin reklamlarını yapışdırmışlar. Həmin reklamların yayınlanmasına görə 3 ildir ki, rüsum ödəmişdir. Bildirmişdir ki, Reklam agentliyi tərəfindən ona ünvanlanmış akt-göstərişi alandan sonra 4 dəfə müqavilə bağlamaq üçün agentliyə yaxınlaşmışdır. X7 Agentliyi ilə hər hansı razılığa gələ bilməmişlər. Buna görə də müqavilə bağlamamışdır. Göstərmişdir ki, 1 ay 20 gün qabaq Şəki şəhər İcra başçısı onu və digər taxsi şirkətlərinin nümayəndələrini çağıraraq söhbət etmişdir. Söhbətlərdən sonra bəzi qeyr-qanuni yerləşdirilmiş standarta uyğun olmayan reklamları sökmüşlər. Akt-göstərişi aldığı vaxtdan sonra 5 gün ərzində Agentliklə müqavilə bağlamamış, həmçinin bəzi yerlərdə olan reklamları sökməmişdir. Çünki həmin reklamların yerini bilməmişdir. Agetliyin əməkdaşlarına demişdir ki, *0222 taksi şirkətinə aid olan qeyri-qanuni reklamların yerləşdirildiyi yerlə bağlı onlaraq siyahı versinlər onlar da gedib söksünlər. Hesab edir ki, protokol əsassız tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsində VÖEN ********** ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 04 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Şəxs “Reklam” haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq açıq məkanda 1,20m x 1,85m x 1 ədəd = 2,22 kvadrat metr, 0,90m x 1,80m x 1 ədəd = 1,62 kvadrat metr, 0,90m x 1,20m x 1 ədəd = 1,08 kvadrat metr ölçedə ictimai nəqliyyat dayanacaqlarında müvafiq icazə olmadan reklam yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, İMG 002215 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, Şəxs aktda qeyd olunan qanun pozuntuların 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ictimai nəqliyyat dayanacağında 0,90m x 1,80m x 1 ədəd = 1,62 kvadrat metr ölçüdə *0222 taksi reklamını müvafiq icazə almadan reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli telefonoqramın surətindən görünür ki, X6 İdarəsinin Hüquq və Kadr şöbəsinin mütəxəssisi Elvin Kərimov tərəfindən idarənin istifadəsində olan 051 244 01 35 mobil nömrəsi vasitəsi ilə sahibkar Şəxs məxsus 077 568 02 22 mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 09:24-də əlaqə saxlanılaraq barəsində xx.xx.2022-ci il tarixdə, saat 16:00-da Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində (Güyümlər dairəsinin yanı) “*0222 taksi” reklamlarının icazəsiz yayımlanması ilə açıq məkanda reklam haqqında qaunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı, protokolun tərtib ediləcəyi yer və vaxt barəsində sahibkara məlumat verilmiş və göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməsi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüqu qi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkəti X6 İdarəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, Şəxs müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar