Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-789/2023 01.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin nümayəndəsi X1 iştirakı ilə Şəxsnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X4 tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxsnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxsnə məxsus olan Vaz 21214 minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürüc tərəfindən 25 iyul 2023-cü il tarixdə, saat 15:37-də İXM-nin 346.1-ci maddəsinin tələbləri pozulduğu üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı Şəki ŞRPŞ tərəfindən müəssisələrinə bildiriş göndərilmiş və həmin bildirişş 02 avqust 2023-cü il tarixdə onlara çatmışdır. 03 avqust 2023-cü il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş EQ 16054855 saylı inzibati xəta haqqında protokol üzrə 36 manat cərimə məbləği ödənilmişdir. Cərimə məbləği ödənildiyindən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxsnə göndərilmiş çıxarışdan görünür ki, 25 iyul 2023-cü il tarixdə, saat 15:37-də Şəxsnə məxsus Vaz 21214 minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 ünvanında dayanma qaydalarının pozulması ilə bağlı törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu və inzibati xətanın törətdilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi, 5 gün müddətində məlumat verilmədiyi tədqirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan məsuliyyətin olduğu bildirilmişdir. İşdə olan Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermilməməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 03 avqust 2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, Vüsal Hümmətov tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə tərtob edilmiş, EQ 16054855 saylı inzibati xəta haqqında Protokol üzrə 36 manat cərimə məbləği ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq Şəxsnin nümayəndəsinin izahatını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin istifadəsində olan Vaz 21214 minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü tərəfindən 25 iyul 2023-cü il tarixdə, saat 15:37-də İXM-nin 346.1-ci maddəsinin tələbləri pozulduğu üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki ŞRPŞ tərəfindən Şəxsnə məxsus Vaz 21214 minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü 25 iyul 2023-cü il tarixdə, saat 15:37 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. Qeyd olunan bildiriş 02 avqust 2023-cü il tarixdə Şəxsnə daxil olmuş, Şəxsnin nümayəndəsi 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tərtib olunmuş, EQ 16054855 saylı inzibati xəta haqqında protokol üzrə 36 manat cərimə məbləğini ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxsnə məxsus olan Vaz 21214 minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində tərtib olunmuş EQ 16054855 saylı inzibati xəta haqqında protokol üzrə 36 manat cərimə məbləği ödənildiyindən Şəxs QSC tərəfindən müəyyən olunmuş vaxt müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-nin 347-ci maddəsinin tələblərini pozması istisna edilməlidir. Bütün qeyd edilənlər isə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X4 tərəfindən 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokola başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı : Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X2 tərtib etdiyi 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokollara başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-789/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-789/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver