Məhkəmə qərarları › İş №3(075)-79/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-79/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-79/2022 07.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş 25.01.2022-ci il tarixli, EQ ******* saylı protokolun və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 25.01.2022-ci il tarixdə Bakı şəhərində Bülbül və Ü.Hacıbəyov küçələrinin kəsişmələrində idarə etdiyi Opel Astra markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ona tərtib edilən EQ ******* nömrəli elektron protokolun və həmin protokol əsasında qəbul edilmiş 25.01.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X2 və Azərbaycan Respublikası DİN-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə X2 və Azərbaycan Respublikası DİN-nin DYPİ-nin nümayəndəsinin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 ərizəsində göstərmişdir ki, o, 25.01.2022-ci il tarixində etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtmobili ilə Bakı şəhərinin Bülbül və Ü.Hacıbəyov küçələrinin kəsişməsində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə ona EQ ******* nömrəli elektron qərarlı protokol tərtib edilmişdir. O, barəsində tərtib edilmiş həmin qərarla razı deyil. Belə ki, baş vermiş hadisənin sms radar proqramı ilə ona göndərilən şəkillərdən görünür ki, o, işıqforun yaşıl işığı yandıqda hərəkətdə olmuş, heç bir tıxaca səbəb olmamış, həmçinin X3 75-ci maddisində görsədilən xususatları da pozmamışdır. Ona göndərilmiş foto-şəkildən də görünür ki, o, işıqforun yaşıl işığında 13-cü saniyəsi görsənəndə yolun hərəkət hissəsini demək olar ki, tam keçmiş və İXM-nin 327.2-ci maddəsinin xususatlarını pozmamışdır. Belə ki, o, işqforda ona hərəkət etməyə icazə verilən zaman, yəni işıqforun yaşıl işığı yandığı və işıqforda 13-cü saniyə görünən zaman hərəkətdə olmuşdur. Göstərdikləri ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 09 fevral 2022-ci il tarixdə my.gov.az portalından çıxarılan məlumatlardan görünür ki, X5 25.01.2022-ci il tarixli EQ ******* nömrəli prtokola əsasən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti obyektiv və qərəzsiz olaraq araşdırılması üçün 11.01.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayaraq X5 barəsində tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli EQ ******* seriya nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın çıxarılmasına əsas olan sübutların (fotoşəkillərin və video görüntünün) məhkəməyə göndərilməsi xahiş edilmiş, DİN BDYPİ-si məhkəmə bildirişini 17.02.2022-ci il tarixdə almışdır. Məhkəmə iclası 25.02.2022-ci il tarixə təyin edilmiş və sorğuya cavabın əldə edilməsi məqsədilə məhkəmə iclasları 15.03.22-ci və 07.04.2022-ci il tarixlərinə təxirə salmışdır. Lakin DİN BDYPİ-si nə məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etmiş nə də ki, sorğuya cavab vermişdir. X2 İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsi ehtimal edildiyinə görə 60 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin DİN BDYPİ-si məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və qəbul etmiş olduğu protokol və qərarla bağlı öz fikirlərini bildirməmiş və bununla əlaqədar sübutlarını məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 isə məhkəməyə ehtimal edilən inzibati xətanın baş verməsi görüntüsünü əks etdirən 3 fotoşəkilləri təqdim etmiş və bildirmişdir ki, həmin fotoşəkillər ona SMS-Radar vasitəsilə göndərilmişdir. Həmin fotoşəkillərdə R.Nəsirova məxsus olan avtomobil qırmızı rəngli çərçivəyə alınmaqla nişanlanmışdır. Məhkəmənin özü tərəfindən 1 nömrəsi ilə şərti işarələnmiş fotoşəkildən görünür avtomobil 25.01.2022-ci il tarixdə işıqforun yaşıl işığında saat 14:12:31-də yol ayrıcına daxil olur. 2 nömrəsi ilə şərti işarələnmiş fotoşəkildən görünür qeyd edilən avtomobil həmin gün saat 14:12:36-da yol ayrıcının yarı hissəsindən daha çoxunu keçərək artıq yol kəsişməsinin digər tərəfinə daha yaxın olmuş və həmin zamanda da işiqforun qırmızı işığının yanmasına 13 saniyə qalmışdır. 3 nömrəsi ilə şərti işarələnmiş fotoşəkildən isə görünür ki, qeyd edilən avtomobil həmin gün saat 14:13:21-d yol ayrıcının qarşı tərəfə yaxın hissəsində tıxacda qalmış və həmin zaman kəsiyində işıqforun qırmızı işığı yanmışdır. Aydın olur ki, R.Nəsirova məxsus “Opel Astra” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtmobili işıq forun yaşıl işığında hərəkətə davam etmiş, yol ayrıcının daha çıx hissəsini keçdikdən sonra ondan asılı olmayan səbəblərdən tıxacda qalmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, R.Nəsirovun əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibi olmayacaqdır. Buna görə də X4 barəsində tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli EQ ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X4 barəsində tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli EQ ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar