Məhkəmə qərarları › İş №3(075)-790/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-790/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-790/2022 28.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Şəki rayonu Şorsu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Şorsu kəndində qeydiyyatında olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş 28 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-876/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(075)-987/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu X3 bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 manat məbləğində aliment alınaraq tələbkar X6 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-987 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1000 manat dəyərində 2 nəfərlik çarpayı, 2 ədəd yataq kənarı dolab, 4 qapılı paltar dolabı, güzgülü dolab, 1 ədəd ayaqqabı formalı oturacaq və 1 ədəd müasir tipli sandıqdan ibarət yataq dəsti, 120 manat dəyərində uşaq üçün avtomobil, 140 manat dəyərində çılçıraq, 10 manat dəyərində 1 ədəd aş dövrəsi, 20 manat dəyərində 1 ədəd gecə çilçırağı, 35 manat dəyərində 1 ədəd şəlalə formalı suvenir, 125 manat dəyərində 1 ədəd qazla qızdırılan su qızıdırtcısı, 70 manat dəyərində 1 ədəd don, 60 manat dəyərində 1 ədəd dondan ibarət əşyalar naturada olmadıqda həmin əşyaların dəyəri cavabdeh X3 alınaraq X6 verilməlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-876/2021 saylı, xx.xx.2021ci il tarixli və 2(075)-987/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu X3 bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 manat məbləğində aliment alınaraq tələbkar X6 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-987 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1000 manat dəyərində 2 nəfərlik çarpayı, 2 ədəd yataq kənarı dolab, 4 qapılı paltar dolabı, güzgülü dolab, 1 ədəd ayaqqabı formalı oturacaq və 1 ədəd müasir tipli sandıqdan ibarət yataq dəsti, 120 manat dəyərində uşaq üçün avtomobil, 140 manat dəyərində çılçıraq, 10 manat dəyərində 1 ədəd aş dövrəsi, 20 manat dəyərində 1 ədəd gecə çilçırağı, 35 manat dəyərində 1 ədəd şəlalə formalı suvenir, 125 manat dəyərində 1 ədəd qazla qızdırılan su qızıdırtcısı, 70 manat dəyərində 1 ədəd don, 60 manat dəyərində 1 ədəd dondan ibarət əşyalar naturada olmadıqda həmin əşyaların dəyəri cavabdeh X3 alınaraq X6 verilməlidir. Bildirmişdir ki, icra sənədləri üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Hazırda İcra sənədi üzrə borclu X4 ödənilməmiş aliment borcu 750 manat təşkil edir. Əmlak tələbi üzrə isə İlqar Hüseynovun 1580 manat təşkil edir. Sözügedən icra sənədlərinin borclu tərəfindən icra edilmədiyi üçün borcluya rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu X8 İcra məmurunun çagrışlarına gəlmədiyi üçün onun barəsində olan Şəki Rayon Məhkəməsinin məcburi gətirilməsi haqqında qərardadı xx.xx.2022-ci il tarixdə icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. X8 xx.xx.2022-ci il tarixdə Polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahat alınmışdır. Borcludan yaranmış aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında uşağı ona göstərilmədiyi üçün aliment borcunu ödəməyəcəyini, əmlak tələbi üzrə isə əmlakı verməyəcəyini bildirir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə edir, qanuni qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, X8 28 noyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 876/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(075)-987/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu X3 bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 manat məbləğində aliment alınaraq tələbkar X6 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-987 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1000 manat dəyərində 2 nəfərlik çarpayı, 2 ədəd yataq kənarı dolab, 4 qapılı paltar dolabı, güzgülü dolab, 1 ədəd ayaqqabı formalı oturacaq və 1 ədəd müasir tipli sandıqdan ibarət yataq dəsti, 120 manat dəyərində uşaq üçün avtomobil, 140 manat dəyərində çılçıraq, 10 manat dəyərində 1 ədəd aş dövrəsi, 20 manat dəyərində 1 ədəd gecə çilçırağı, 35 manat dəyərində 1 ədəd şəlalə formalı suvenir, 125 manat dəyərində 1 ədəd qazla qızdırılan su qızıdırtcısı, 70 manat dəyərində 1 ədəd don, 60 manat dəyərində 1 ədəd dondan ibarət əşyalar naturada olmadıqda həmin əşyaların dəyəri cavabdeh ondan alınaraq X6 verilməlidir. İcra sənədlərindən məlumatl vardır. Bildirmişdir ki, məhkəmə qətnamə qanuni qüvvəsini aldıqdan sonra müəyyən məbləğdə aliment borcundan ödəmişdir. Hal-hazırda onun 750 manat aliment borcu vardır. Lakin X10 uşağı ona göstərmədiyi üçün qalan aliment borcundan ödəniş etməmişdir. Göstərmişdir ki, icra sənədində göstərilən X10 tərəfindən tələb edilən əmlakların heç biri tələbkara aid deyil. Həmin əmlaklar onların özlərinə aiddir. Bu səbəbdən qeyd olunan əmlakları verməyəcəkdir. X10 uşağı ona göstərməyəcəyi təqdirdə qalan aliment borcundan da heç bir ödəniş etməyəcəkdir. Halhazırda heç bir yerdə işləmir. Maddi imkanı aşağıdır. Heç yerdən əlavə qazancı yoxdur. Əlavə olaraq bildirdi ki, 28 noyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 İlqar Fərrux oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 28 noyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 28 noyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 28 noyabr 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 28 noyabr 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar