Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-799/2023 07.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 31 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində X13 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 31 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X9 Şəki-Regional Şöbəsinin əməkdaşlarının qəbul etdiyi qərara əsasən o, Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinin müvəqqəti icra edən şəxs olduğu üçün vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur. Həmin protokol və onun əsasında qəbul edilən qərar qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, qərarın qəbul edilməsi üçün əsas X8 xx.xx.2023-cü il tarixdən hazırkı dövrə qədər boş dayanma dövrü üçün əmək haqqı hesablanmadığı və ödənilmədiyi göstərilmişdir. Türkan Xəlilovanın iş vaxtının uçotu tabelində bəzi aylarda adının qeyd olunmamasının səbəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 61 nömrəli qərarın 7b bəndinin tələbidir. Həmin aylarda məzuniyyətə çıxan tərbiyəçi olmadığı üçün Türkan Xəlilova işlə təmin edilməmişdir. Türkan Xəlilova ondan əvvəlki rəhbər tərəfindən əvəzçi-tərbiyəçi işinə götürülmüş və onunla Şəki şəhər İcra Hakimiyyəti arasında əmək müqaviləsi bağlanmışdır. Onunla bağlanan müqavilələr və digər sənədlər ona təhvil verilən sənədlər arasında aşkar edilməmişdir. Qeyd olunan aylar üzrə Xəlilova Türkan əvəzçi kimi işləmədiyndə ona əmək haqqı hesablanmamışdır. Bu halda onun barəsində protokol tərtib olunaraq qərar qəbul edilməsi və 1000 manat cərimə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında izahat verən X1 bildirmişdir ki, onun barəsində qəbul edilmiş qərarla razı deyil. Qərar qəbul etmiş şəxs tam araşdırma aparmadan onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etmişdir. Uşaq bağçasında əvəzçi işi olmadığından Türkan Xəlilovanı işlə təmin etməmiş, əvəz etmədiyinə görə də, onun adını tabeldə göstərərək əmək haqqı ödənilməmişdir. Ona görə də, şikayətin təmin edilməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X11 bildirmişdir ki, Türkan Xəlilovanın müraciəti ilə bağlı araşdırma aparılmışdır. 2023-cü ilin yanvar ayının iş vaxtının uçotu tabelində adı olmuş, digər aylarda isə olmamışdır. Lakin 01 yanvar 2023-cü il tarixdən hazırkı dövrə qədər ona əmək haqqı ödənilməsi müəyyən edilməmişdir. Belə ki, Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasının müdir əvəzi X2 təqdim etdiyi davamiyyət jurnallarında 2023-cü ilin yanvar və fevral aylarında müxtəlif vaxtlarda imzalarının olması müəyyən edilmişdir. Lakin müəssisə rəhbəri tərəfindən əməkhaqqı hesablanması zamanı iş vaxtının uçotu cədvəli verildikdə onun adı qeyd olunsa da, adında iş saatı qeyd olunmamışdır. Şəki-Zaqatala regional Təhsil İdarəsinin Şəki rayon sektorunun mühasibi X6 tərəfindən verilən izahatda da adının qarşısında iş saatı olmadığı üçün əməkhaqqı hesablanmadığı bildirilmişdir. Eyni zamanda boşdayanma yaranması ilə bağlı bağça müdiri tərəfindən heç bir məlumat verilmədiyini qeyd etmişdir. Məlumdur ki, 01 yanvar 2023-cü il tarixdən Türkan Xəlilovanın iş yükü olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əməkhaqqı dedikdə müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür. İşçinin adının qarşısında iş vaxtı qeyd olunmadığı üçün şəxsə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Həmçinin Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasının müdir əvəzi X2 Əmək Məcəlləsinin 102-ci maddəsinin (İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur) tələblərinə riayət etməməsi nəticəsində boşdayanma üzrə əməkhaqqı hesablanmamış və ödənilməmişdir. Vətəndaş və məhkəmə iclasında müəssisə rəhbəri şəxsin müəssisəyə getməsini lakin iş olmaması ilə bağlı onun işləməməsini təsdiq etmişdir. Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq işçi Türkan Xəlilova işəgötürənə məlumat vermiş, lakin işlə təmin olunmamışdır. Nəticədə ona boş dayanma dövrü üçün əmək haqqının hesablanmamasında təqsirkar şəxs kimi Mehriban Nəbiyeva olmuşdur. Çünki müəssisə rəhbəri, şəxsin boşdayanma dövrü və işlə təmin olunması üçün hər hansı hərəkət etməmiş və rəsmi müraciət etməmişdir. Əmək Məcəlləsinin 178-ci maddəsinin tələbinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Bütün yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Türkan Xəlilovaya boş dayanma dövrü üçün əməkhaqqının hesablanmaması və ödənilməməsində təqsirkar şəxs X3r. Ona görə də Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasının müdir əvəzi X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 31 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasının müdir əvəzi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 2023-cü ilin yanvarının iş vaxtının günlər üzrə tabelindən görünür ki, həmin ay üzrə X7 adı tabeldə göstərilsə də, boşdayanma ilə bağlı qeyd olunmamış, fevral-iyun ayları üzrə tabellərdə X7 adı ümumiyyətlə yoxdur. İş materiallarına əlavə edilmiş X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 31 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən verilmiş 26 dekabr 2017-ci il tarixli, 73 nömrəli əmrin surətindən görünür ki, X12 ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da, şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İş materiallarından göründüyü kimi X5, iş vaxtının günlər üzrə tabelini tərtib edərək əmək haqqının ödənilməsi üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinə təqdim edərkən həmin tabellərdə 2023-cü ilin yanvar ayı üçün X7 boşdayanması barədə müvafiq qeyd aparmamış, digər aylar üzrə isə tabellərdə ümumiyyətlə X7 adı qed olunmamış və ona yanvar ayından hazırkı vaxtadək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada vəzifə maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməli olan əmək haqqı ödənilməmişdir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1nın şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş 26 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 31 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-799/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-799/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver