Məhkəmə qərarları › İş №3(075)-80/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-80/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-80/2022 10.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X13 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmməd oğlunun, X11 Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1969-cu ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X10 tərəfindən 10 fevral 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məmməd oğlu 08 fevral 2022-ci il tarixdə Şəki şəhəri S.Mümtaz küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Məmməd oğlu 08 fevral 2022-ci il tarixdə Şəki şəhəri S.Mümtaz küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmməd oğlu məhkəmə iclasında verdiyi izahatında onun barəsində tərtib edilmiş 10 fevral 2022-ci il tarixli protokolu əsassız hesab edərək göstərdi ki, o, 10 fevral 2022-ci il tarixdə özünə məxsus olan ** RT *** dövlət qeydiyyat nişanlı Ford Tranzin markalı nəqliyyat vasitəsi ilə un daşıyan zaman DYP xidməti əməkdaşları onun nəqliyyat vasitəsini saxlatmışlar və həmin nəqliyyat vasitəsinin üzərində cərimə olduğunu bildirərək, nəqliyyat vasitəsinin duracağa aparılmalı olduğunu bildirmişlər. O, cərimə barədə məlumatı olmadığını, lakin cəriməni yerində ödəməyə hazır olduğunu demişdir. Polis əməkdaşları avtomobili cərimə meydançasına aparılmasıda israrlı olduğundan, maşında olan yükü (un) boşaltdıqdan sonra maşının cərimə meydançasına aparılmasını xahiş etmişdir. Lakin YPX-nin inspektoru bununla razılaşmamış və maşının mütləq şəkildə DYPB-nin duracağına getməli olduğunu demişdir. O, etiraz etmiş və cərimənin yerində ödəyərək getmək istədiyini demişdir. Bundan sonra o, Şəki ŞRPŞ-nə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, heç bir qayda pozuntusuna yol verməmiş, ucadan səs-küy salmamış, nalayiq ifadələr işlətməmişdir. Yalnız avtomobilin cərimə meydançasına aparılmaması üçün yerində ödəniş etmək istəmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. X11 Vəkil Bürosunun vəkili X1 Sahib Məmməd oğlunun əməlində inzibati xətanın tərkibi olmadığından inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 izahatında göstərdi ki, o, xidmət yoldaşı X2 ilə 08 fevral 2022-ci il tarixdə avtopatrulla Şəki şəhəri S.Mümtaz küçəsi ərazisində xidmət apararkən bortkompüterə diqqət yetirilmiş və qarşıda hərəkətdə olan “Ford” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində ödənilməmiş cərimənin olmasını müəyyən etmişlər. Bu səbəbdən də həmin avtomaşına saxlama işarəsini vermişlər. Həmin nəqliyyat vasitəsini saxladıqdan sonra yaxınlaşıb özlərini təqdim edib maşının üzərində ödənilməmiş cəriməsi olduğundan maşını yaxınlıqda olan DYPB-nin müvəqqəti duracağına sürməsini təklif etmişlər. Lakin Şəxs maşının yüklü olması səbəbli maşının DYPB-nin müvəqqəti duracağına aparılması ilə razılaşmamışdır. Şəxs cərimədən xəbərsiz olduğunu bildirmiş və yerində cəriməni ödəmək istəməsini bildirmişdir. Lakin yaxınlıqda ödəmə terminalı olmadığından avtomobilin cərimə duracağına aparılması zəruri olmuşdur. Şəxs nalayiq ifadələr işlətməmiş, yalnız maşını duracağa aparmaq istəməmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.4-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda nəqliyyat vasitəsi dayandırılaraq barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Göründüyü kimi Şəxs Məmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun tərəfindən həmin maddələrdə nəzərdə tutulan inzibati xətaların törədilməsi inkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 isə izahatında Şəxs Məmməd oğlunun hadisə yerində nalayiq ifadələr işlətmədiyini, yalnız duracağa getməkdən imtina etdiyini göstərmişdir. Şəxs Məmməd oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edə biləcək digər bir mötəbər sübut isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs Məmməd oğlunun idarə etdiyi avtomobillə törətdiyi inzibati xətalara görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda avtomobilin duracağa yerləşdirilməsi mümkündür ki, belə bir qərarın olması iş materiallarından müəyyən olunmur. Bundan başqa Şəxs inzibati cərimənin ödəmək istəyini bildirsədə, yaxınlıqda ödəmə terminalının olmaması səbəbi ilə avtomobilin duracağa qoyulması qənaətinə gəlinmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin duracağa qoyulmasına əsas ola bilməz. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmməd oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 10 fevral 2022-ci il tarixdə tərtib etdiyi MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 10 fevral 2022-ci il tarixdə tərtib etdiyi MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar