Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-800/2022 09.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs V Tağım YPX inspektoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Bərdə rayonu, Mollagüllər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Bərdə rayonu, Mollagüllər kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 334.1-ci maddələri ilə məhkəməyə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs nəqliyyat vasitəsinə sahiblik hüququ olmadan nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halına yol verilmiş və onun barəsində inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. V Tağım YPX inspektoru polis serjantı X2 protokolu müdafiə edərək göstərmişdir ki, xidmətdə olan zaman Yevlax-Zaqatala-Gürcüstan yolunun 46-cı km-də hərəkətdə Vaz- 2103 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobili yoxlamaq üçün saxlatmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sürücüdən sənədlərinin olub-olmamısını soruşduqda onun nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün müayinədən keçməsinin zəruri olduğunu bildirmişdir. Sürücü heç bir etiraz etməmiş və onlarla birlikdə müayinə olunmaq üçün həkim yoxlamasına getmişdir. Müayinə nəticəsində sürücü Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Bundan başqa sürücü idarə etdiyi Vaz-2103 markalı **- BB-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bununla da sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, axşam saatlarında yaşadığı ünvanda dostları ilə birlikdə məclisində yeyib-içən zaman spirtli içki qəbul etmişdir. Bundan sonra idarə etdiyi Vaz-2103 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə göyərti satmaq üçün Bərdə rayonundan Şəki şəhərinə yola düşmüşdür. Bildirmişdir ki, Yevlax- Zaqatala-Gürcüstan yolunun 46-cı km-də saat təxminən 04 radələrində Şəki postunda yolpatrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlanma zamanı nəfəsindən spirt qoxusu gəldiyi üçün nəqliyyat vasitəsinin idarəçiliyindən kənarlaşdırılaraq Narkoloq həkim müayinəsindən keçirilmiş və müayinə zamanı spirtli içki qəbul etməyi aşkar olunmuşdur. Göstərmişdir ki, o, həmin avtomobili etibarnamə əsasında idarə edir. Yola çıxan zaman özünə və avtomobilə aid sənədlər yaşadığı evdə qalmışdır. Bu səbəbdən onun avtomobili ona verilmiş etibarnaməsinin müddətinin bitməyindən məlumatı olmamışdır. Səhvini başa düşür. Törətmiş olduğu əməldən peşmançılıq çəkir. Bir daha sürücülük hüqüqu olmadan spirtli içki qəbul edib avtomobil idarə etməyəcəkdir. Həmçinin göstərmişdir ki, Vətən müharibəsi iştirakçısıdır. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı ayağından qəlpə yarası almışdır. Ailəlidir, himayəsində 1 və 4 yaşlarında iki azyaşlı uşağı vardır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, 497 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinə zamanı yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və məhkəməyə daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 334.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-800/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-800/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver