Məhkəmə qərarları › İş №3(075)-801/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-801/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-801/2022 09.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi X14 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə xx xxxx 1958-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş 20 iyul 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsi halına yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X8 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 10 saylı avtobusu idarə etmişdir. Həmin avtobus X7 məxsusdur. Sürücü yas yerinə getdiyindən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmişdir. Lakin ona avtobusu idarə etmək üçün etibarnamə verilməmişdir. Eyni zamanda sürücülük vəsiqəsi olmasına baxmayaraq idarə etmək üçün kateqoriyası yoxdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində, o, həmin 20 saylı avtomobildə olan sərnişinləri düşürdükdən sonra X3rşısında oln dayanacaqda avtobusu saxlayaraq söhbət etməyə başlamışdır. O orada olarkən tanımadığı şəxslər onunla mübahisə etmişlər. Lakin orada olan digər şəxslər saxlayaraq üzərinə gəlməyə qoymamışlar. Əlavə olaraq bildirdi ki, 09 dekabr 2022ci il tarixdə saat 16 radələrində polis şöbəsinə gəlmiş, oradan da məhkəməyə gətirilmişdir. Yaşlı olmasını nəzərə alaraq cərimələnməsini məhkəmədən xahiş edir. Müdafiəçi X1 Qüdürət Niymət oğlunun barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.5-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 09 dekabr 2022-ci il saat 16:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar