Məhkəmə qərarları › İş №3(075)-802/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-802/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-802/2022 09.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və müdafiəçisi Vəkil Zərərçəkmiş şəxs: X1 iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində təkrar olaraq inzibati xəta törətmiş, CMnin 221.1-ci maddəsi üzrə yeddi ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdim: 09 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protoklda göstərilmişdir ki, Şəxs 22 noyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Şəki şəhərində yerləşən “Ankara lahmacun” restoranında Bahar adlı xanımı nalayiq ifadələr işlədərk təhqir etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə, saat 15:18-də, Şəki şəhəri, Sabir küçəsi ev 5/1-də yaşayan X5 DİN 102 xidmətinə ***-***-**-** nömrəli mobil telefondan zəng edərək Şəki şəhəri, poçtun qarşısında qeyri-rəsmi yaşadığı Ramil adlı şəxsin onun qarşısını kəsib narahat etməsi barədə məlumat vermişdir. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılmış və məlum olmuşdur ki, Şəki şəhər sakini Şəxs 22 noyabr 2022-ci il tarixdə saat 15:00 radələrində X5 rəfiqələri ilə birlikdə Şəki şəhərində yerləşən “Ankara lahmacun” restoranında oturarkən restorana daxil olmuş X2 “utanmırsan özündən 9 yaş balaca oğlanla danışırsa, fahişə” sözlərini deyərək X3 təhqir edərək, şərəf və ləyaqətini alçaltmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 22 noyabr 2022-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ankara lahmacun” restoranına dönər yemək üçün daxil olmuşdur. Bu zaman həmin restoranda oturan 11 il qeydi-rəsmi yaşadığı və birgə münasibətlərindən bir övladları da olan X3 görmüşdür. Onu görən kimi qayıdıb restoranda çıxmaq istəyən zaman Bahar ona nəyə görə gəldiyini soruşmuşdur. O da Bahara ona gğrə gəldiyini yox, yemək yemək üçün gəldiyini, narahat olmamasını bildirmişdir. Sonra isə restorandan çıxaraq getmişdir. Çünki Baharla bu aralarda aralarında müəyyən problemlər olmuşdur. Bundan başqa X2 hər hansı təhqir edici, nalayıq söz deməmişdir. Bundan bir neçə gün sonra isə polis əməkdaşları Şəki ŞRPŞ-nə çağırmışlar. Bu zaman ona məlum olmuşdur ki, X5 ondan Şəki ŞRPŞ-nə şikayət etmişdir. Bildirmişdir ki, o, X2 qarşı hər hansı şərəf və ləyaqət alçaldası hərəkət etməmişdir. Baharın nə üçün ondan şikayət etdiyini anlamır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində rəfiqəsi Azadənin ad günü münasibətilə onun tanışı Dilarəylə birlikdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ankara Lahmacun” adlı restoranda oturub lahmacun yemişlər. Bu zaman keçmişdə qeyri-rəsmi münasibətdə olduğu Şəxs adlı şəxs restorana daxil olub, onların əyləşdikləri masaya yaxınlaşıb orada rəfiqələrinin yanında ona “Utanmırsan özündən 9 yaş balaca oğlanla telefonda danışırsan, yazışırsan ay Fahişə” kimi nalayiq ifadələr işlətmişdir. Ramil onu restoranın içində ailələrin yanında şərəf və ləyaqətini alçaltmışdır. Həmin hadisə baş verən zaman onunla əyləşən rəfiqələri Dilarə və Azadə, həmçinin orada çalışan ofisiantlarda olmuşdur. Lakin rəfiqəsi Azadə Ramilin ona edəcək təzyiqlərin qorxusundan ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng vurub onun bu hərəkətləri barədə polis şöbəsinə ərizə vermişdir. Ümumiyyətlə Ramil dəfələrlə küçədə onun qarşısını kəsmiş, onu ölümlə hədələmçişdir. Dəfələrlə onun barəsində şikayət ərizələri ilə müraciətlər etmişdir. Odur ki, onun bu qanunsuz və özbaşına əməllərinə son qoyması istiqamətində ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində rəfiqəsi Azadənin ad günü münasibətilə onun tanışı Baharla birlikdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ankara Lahmacun” adlı restoranda oturub lahmacun yemişlər. Bu zaman bir nəfər tanımadığı şəxsin onların əyləşdikləri masaya yaxınlaşdığını görmüşdür. Həmin şəxs orada onun və Azadənin yanında Bahara “Utanmırsan özündən 9 yaş balaca oğlanla telefonda danışırsan, yazışırsan ay Fahişə” kimi nalayiq ifadələr işlətmişdir. Həmin şəxs Baharı restoranın içində, ailələrin yanında şərəf və ləyaqətini alçaltmışdır. Həmin hadisəyə orada onlarla əyləşən Azadə adlı rəfiqəsi, həmçinin orada çalışan ofisiantda şahid olmuşdur. Sonradan həmin şəxs restoranı tərk edəndən sonra o, həmin şəxsin adının Ramil olduğunu bilmiş və onun keçmişdə Baharla olan mübahisələri barədə məlumatlandırılçışdır. Bu səbəbdən Bahar DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və daha sonra restoranı tərk edərək polis şöbəsinə ərizə yazmağa getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək göstərmişdir ki, o, Şəki şəhərində yerləşən “Ankara Lahmacun” adlı restoranda ofisiant işləyir. Bildirmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində ofisiant kimi işlədiyi “Ankara Lahmacun” adlı restoranda iş görərkən əvvəllər tanıdığı Şəki şəhər sakini Ramil adlı şəxs içəri daxil olaraq orada əyləşən xanımların yerini soruşmuşdur. O, orada xanımların və ailələrin oturduğunu söyləmişdir. Lakin konkret olaraq Ramilin kimi soruşduğunu bilməmişdir. Həmin anda Ramil 9-cu masaya yaxınlaşmış və oradan ucadan xanıma qarşı “Utanmırsan özündən 9 yaş balaca oğlanla danışırsan, mesajlaşırsan Fahişə” və digər təhqiredici ifadələr işlətməyə başlamışdır. Ramillə Bahar xanımın arasında təxminən 3-4 dəqiqə münaqişə baş vermişdir. Bundan sonra orada işləyən digər ofisiant onu ayıraraq çölə çıxarmışdır. Həmin vaxtda Bahar xanımda təhqir olunmuş vəziyyətdə oradan öz rəfiqələriylə birlikdə ayrılaraq çıxıb getmişdirlər. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 3(075)- 731/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 33.1.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs və Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izahatları nəticəsində aydın oldu ki, Şəxs 09 dekabr 2022-ci il tarixdən, saat 12:00 radələrində Şəki ŞRPŞ-nin inzibati binasına daxil olmuş və bundan sonra polis əməkdaşları tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 09 dekabr 2022-ci il tarixdən, saat 12:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 09 dekabr 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu 09 dekabr 2022-ci il saat 12:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar