Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-810/2024 29.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil Behdud oğlunun, İnzibati xəta haqqında qərar qəbul edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X5 nümayəndəsi X4 iştirakları ilə, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 müdafiəçisi Vəkil Behdud oğlu tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 nümayəndəsi və vəkili Vəkil Behdud oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ilə təqsirli bilinən fərdi sahibkar X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 rəisi X21 tətərfindən fərdi sahibkar X6 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə görə 3.000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarı onunla əsaslandırılmışdır ki, fərdi sahibkar X7 işğaldan azad olunmuş ərazilərdə iş icazəsi almış X23 ilə xx.xx.2024cü il tarixədək əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) onu iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44 və 49-cu maddələrinin tələblərini pozmuşdur. Fərdi sahibkar Eldəniz İsmayılov xx.xx.2024-cü il tarixdə Sifarişçi "xxxx" QSC ilə xidməti müqavilə bağlayaraq işlər həyata keçirməkdədir. Eldəniz İsmayılov fərdi sahibkar kimi xx.xx.2024-cü il tarixində X22 ilə vaxtamuzd əməyin ödənilməsi formasında xx.xx.2026-cı ilədək müddətli əmək müqaviləsi bağlamışdır. xx.xx.2024-cü il tarixində bağlanmış №-09 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2-ci bəndinə əsasən tərəflərinin birinin təşəbbüsü ilə xitam verilmişdir. X24 işğaldan azad olunmuş ərazilərə keçməsi və orada işləməsi üçün hökümət portalından icazəsi tələb olunur. Alınmış icazədən sonra işçi orada işləyə bilər. Fərdi sahibkar Eldəniz İsmayılov işçisi olmuş Əsgər İmanovun işğaldan azad olunmuş ərazilərdə işləməsi üçün "xxxx" QSC-nə xx.xx.2024-cü il tarixində müraciət etmiş və elektron hökümət portalında icazəsi təmin edilərək orada işləmişdir. Həmin icazənin alınması "xxxx" QSC tərəfindən "xxxx" ASC-nə müraciət edilərək təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə işçi ilə bağlanmış əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verildiyi gün fərdi sahibkar Eldəniz İsmayılov "xxxx" QSC-də, işçisi olmuş Əsgər İmanovun hökümət portalındakı icazəsini deaktiv etdirmişdir. Həmin məlumat xx.xx.2024-cü il tarixli N»67 nömrəli "xxxx" QSC-nin fərdi sahibkar Eldəniz İsmayılova ünvanladığı cavab məktubunda öz əksini taparaq qeyd edilmişdir ki, X16 Qarabağ bölgəsinə keçməsi üçün hökümət portalındakı icazənin ləğv edilməsi xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edilərək icazəsi deaktiv edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X5 rəisi tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Fərdi sahibkar Eldəniz İsmayılov işçisi olmuş Əsgər İmanovu əmək müqaviləsində qeyd edilən forma və məzuna görə işə qəbul etmiş, onu hökümət elektron portalında qeydiyatdan keçirərək işğaldan azad olunmuş ərazilərdə lazimi icazəsini təmin etdirmiş və müqaviləyə xitam verildiyi gün isə elektron hökümət portalından işçinin əmək müqaviləsinin xitamına dair bildirişi müəyyən edilmiş sistemə daxil etmiş və icazəsini deaktiv etdirərək, onu iş və xidmətlərin yerinə yetirilməsinə cəlb etməmişdir. Əmək Məcəlləsi ilə müəyyən edilmiş norma və qaydalara riayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti X9 bununla bağlı hər hansısa bir araşdırma aparmayaraq əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd edilənlər qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsasdır. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar ləğv edilməlidir. İnzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri təmin edilməklə tərtib edilməlidir. İlk növbədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Qəbul edilmiş protokol və qərar ilə bağlı X7ndan heç bir izahat alınmamışdr. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İctimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi qəbul edilmiş inzibati tənbeh vermə haqında qərarla bağlı hər hansısa bir araşdırma aparılmamış və əsassız olaraq qərar qəbul edilmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil Behdud oğlu ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, xx.xx.2024-cü il tarixdə 3000 manat cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X8 müddətli əmək müqaviləsi əsasında X19 2026-cı ilədək işə götürmüşdür. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş X16 adı işdən çıxarıldıqdan sonra "xxxx" QSC şirkətinin siyahısından adı silinmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas X16 adının polisin sistemindən silinməməsi olmuşdur. Eyni zamanda "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X16 Qarabağ bölgəsinə keçməsi üçün hökümət portalındakı icazəsinin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edilərək icazəsi deaktiv edilmişdir. Hesab edir ki, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, protokol və inzibati tənbeh vermə haqqında qərar sənədlər əsasında tərtib edilmişdir. Polis orqanının sistemində X16 adının aktiv olması onlar tərəfindən belə bir qərar qəbul edilməsinə əsas vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb, izahatları dinləyib hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: - X17 Xidməti X9 tərəfindən X3 barəsində tərtib olunmuş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, sahibkar X8 işğaldan azad olunmuş ərazilərdə iş icazəsi almış X22 ilə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) onu iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edərək Əmək Məcəlləsinin 44 və 49-cu maddələrinin tələblərini pozaraq İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində inzibati cərimə edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X2 Əsgər Vəli oğlunu xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müddətli əmək müqaviləsi əsasında döşəmə salan usta, ağac bloklar, əmək müqaviləsi üzrə usta vəzifəsində işə götürmüşdür. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X8 ilə X22 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - "xxxx" QSC tərəfindən fərdi sahibkar X6 ünanlanmış xx.xx.2024-cü il tarixli, 67 nömrəli məktubda qeyd edilmişdir ki, X16 Qarabağ bölgəsinə keçməsi üçün hökümət portalındakı icazəsinin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edilərək icazəsi deaktiv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X8 "xxxx" QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən işlər həyata keçirir. Eyni zamanda X8 vətəndaş X22 ilə xx.xx.2024-cü il tarixli müddətli əmək müqavilə bağlayaraq xx.xx.2026-cı il tarixədək döşəmə salan usta, ağac bloklar, əmək müqaviləsi üzrə usta vəzifəsində işə götürmüşdür. X20 işğaldan azad edilmiş torpaqlarda işləyə bilməsi üçün portal vasitəsilə icazə alınmışdır. X22 ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək Müfəttişliyi tərəfindən iş üzrə araşdırma aparılaraq X8 tərəfindən vətəndaş X16 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunması aşkarlanmışdır. Buna görə də vəzifəli şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və sonuncu 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXMnın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. Həmin Məcəllənin İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, protokol tərtib edilərkən vətəndaş X16 müddətli əmək müqaviləsinə xitam verildikdən sonrakı müddətdə işləməsi araşdırılmamışdır. Göründüyü kimi X22 ilə vəzifəli şəxs X8 arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarından da görünür ki, X16 Qarabağ bölgəsinə keçməsi üçün hökümət portalındakı icazəsinin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edilərək icazəsi deaktiv edilmişdir. Buna baxmayaraq səlahiyyət orqan vətəndaş X16 adının polis sistemindən çıxarılmadığı üçün X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, vətəndaşın adının portaldan çıxarılmaması ərizəçinin təqsiri səbəbli baş verməmişdir. Bundan başqa səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında X16 xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanmadan iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçinin əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da göründüyü kimi vəzifəli şəxs X8 barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən onun tərəfindən X16 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan, hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-810/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-810/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver