Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-811/2023 08.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki rayon prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Şəki Rayon Prokurorluğundan daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Şəki Rayon Prokurorluğundan daxil olmuş materiallardan müəyyən olunur ki, Şəki rayonu, Orta Zəyzid kənd bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi və “Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinin İİ hissəsinin tələblərini pozaraq bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə üçün 2022-ci il üzrə il ərzində ən azı 1 dəfə keçirilməli olan məcburi auditdən yayınmışdır. Bu əmələ görə Şəki Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 14 avqust 2023-cü il tarixli qərar qəbul edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəki rayon prokurorunun köməkçisi X2 izahat verərək göstərmişdir ki, Şəki Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-16-30/1/B- 200/7,8 saylı məktubuna əsasən Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin fəaliyyəti son 5 ildə - 2018 və 2019-cu illər üzrə audit yoxlamasından keçirilmiş, sonrakı illərdə audit yoxlaması olmamışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəki rayonu, Orta Zəyzid kənd bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi və “Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinin İİ hissəsinin tələblərini pozaraq bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə üçün 2022-ci il üzrə il ərzində ən azı 1 dəfə keçirilməli olan məcburi auditdən yayınmışdır. Bununla da, Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq işçilərin əmək haqqından artıq əmək haqqı ödənilməsi, yerli büdcə vəsaitlərinin bəzi istiqamətlər üzrə, məsələn Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə rüsumların ödənilməsi, enerji xərci, audit xidməti, rabitə xərci, suvarma pulu, abunə yazılışı, hesablanandan artıq əmək haqları, dəftərxana ləvazimatlarının alınması, sosial yardımlar xərclənməsində bələdiyyə qərarı olmadan pul ayırmış, lakin həmin vəsaitlər aidiyyəti üzrə xərclənmişdir, hər hansı məbləğdə pulu mənimsəməmişdir. “Mühasibat uçotu” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq qeyd edilən bəzi hallarda mühasibat uçotunu aparmamış, xərcləri təsdiq edən sənədlərin tərtib edilməsinə nəzarət etməmiş, bəzi təsdiqedici sənədləri bəzi hallarda qaimə faktura, qəbz olmamış, lakin bu, ümumiyyətlə mühasibat uçotunun aparılmaması anlamına gəlməmiş, çünki mühasibat uçotunun aparılması bəzi hallarda aparılmasa da, çox hallarda yerinə yetirilmişdir. Bildirmişdir ki, sonuncu dəfə audit yoxlaması Şəki rayonu Orta Zəyzid bələdiyyəsindən 2019-cu il tarixdə keçirilmiş, halbuki hər il 1 dəfədən az olmayaraq maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasından ötrü müstəqil auditorlar cəlb edilməklə bələdiyyələrdə audit keçirilməlidir. Bununla da, o, “Auditor xidməti haqqında” Azəbrycan Respublikası Qanunu ilə həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. 2020-ci il daxil olmaqla indiyədək audit keçirilməsi üçün tərəfindən müraciətlər olunmamışdır. Göstərmişdir ki, 2021-ci və 2022-ci illərdə pandimeya olduğu üçün həmin illər üzrə auditə yoxlama aparılmamışdır. Lakin bununla bağlı müraciət etmişdir. İndidən sonrakı illərdə audit yoxlaması aparılacaqdır. Törətmiş olduğu əməldən səmimi peşmançılıq çəkir. Bir daha bu cür hallara yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan X3 İdarəsinin 09 avqust 2023-cü il tarixli, 3-16-30/1/B- 200/7,8 nömrəli məktubundan görünür ki, Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin fəaliyyəti son 5 ildə - 2018 və 2019-cu illər üzrə audit yoxlamasından keçirilmiş, sonrakı illərdə audit yoxlaması olmamışdır. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli, 56 saylı arayışdan görünür ki, orta Zəyzid bələdiyyəsinin son beş illik (2018-2022) fəaliyyəti 2018-ci ildə "xxxx" MMC, 2019cu ildə "xxxx" MMC tərəfindən yoxlanılmışdır. 2020-ci ildə də "xxxx" MMC tərəfindən yoxlama aparılmış, ancaq yekun akt Orta Zəyzid bələdiyyəsinə təqdim olunmamışdır. Sonrakı illərdə audit yoxlaması aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üçün 2022-ci il üzrə il ərzində ən azı 1 dəfə keçirilməli olan məcburi auditini aparmamışdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-811/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-811/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver