Məhkəmə qərarları › İş №3(075)-812/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-812/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-812/2023 01.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X6 iştirakları ilə X6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsinin ENŞ-nin baş müfəttişi X10 tərəfindən tərtib edilmiş 18 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 rayonu, Cumakənd kəndində yerləşən “Real ucuzluq türk malları” adlanan sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamlar barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmiş və beləliklə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə X9 ilə bir illik müqavilə bağlanmışdır. Müqavilə üzrə ödənişlər etmişdir. Növbəti il üçün yenidən müqavilənin bağlanması üçün ərizə ilə müraciət etməsi tövsiyyə olunmuşdur. Bundan sonra sonuncu ərizə ilə müraciət etmiş, lakin dövlət rüsumu haqqında qanunun tələblərinə əsasən 5 gün ərzində rüsum onun tərəfindən ödənilmədiyindən müqavilənin bağlanılmasından imtina olunmuşdur. Bundan sonra da İsmayıl Səfərova müqavilə bağlanması üçün təkliflər edilsə də, müqavilə bağlamaqdan yayınmışdır. İnzibati xəta haqqında protokolu müdafiə edir və Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində X5 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında X9 izahat verərək bildirdi ki, o, 2022-ci il tarixdə X17 İdarəsi ilə arasında müqavilə bağlanmış və müqavilə üzrə hər ay 18 manat məbləğində ödəniş etmişdir. Cari il üçün altı ayıq müqavilənin bağlanılması təklif edilmiş və o razılaşmışdır. Laqkin ona rüsumun ödənilməsi üçün reklam əməkdaşları tərəfindən kod verilmədiyindən ödəniş edə bilməmişdir. Agentlik tərəfindən göndərilmiş xəbərdarlıq məktublarını almış, hazırda X17 İdarəsinin əməkdaşları ilə əldə etdikləri razılaşmaya əsasən rüsumun ödəyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli, 000176 nömrəli aktda görünür ki, Şəki rayonu, Cumakənd kəndində yerləşən “Real ucuzluq türk malları” adlı məkanda X9 tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla 1m x 6m x 1 ədəd = 6 kv.metr ölçüdə fasad reklamı, 0,15 m x 0,50 m x 2 ədəd = 0,15 kv.metr ölçüdə fasad reklamı yerləşdirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X3 rayonu, Cumakənd kəndində yerləşən, ona məxsus “Real ucuzluq türk malları” adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X9 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan X8 ünvanlanmış 20 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, 5 iş günü ərzində dövlət rüsumunun ödənilməsi tələb olunmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumu tam şəkildə ödənilmədiyi halda onun müraciətinin qüvvədən düşəcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, X17 İdarəsi tərəfindən X8 ünvanlanmış bildiriş 27 iyul 2023-cü il tarixdə şəxsən ünvançı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan X8 ünvanlanmış 04 avqust 2023-cü il tarixli yazılı göstərişin surətindən görünür ki, Şəki rayonu, Cumakənd kəndində yerləşən “Real ucuzluq türk malları” adlı məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X17 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, X17 İdarəsi tərəfindən X8 ünvanlanmış göndəriş 10 avqust 2023-cü il tarixdə şəxsən ünvançı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 18 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 olduğu, Şəki rayonu, Cumakənd kəndində yerləşən “Real ucuzluq türk malları” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2023-cü il tarixdə baxış keçirilərkən həmin obyektdə 1m x 6 m x 1 ədəd = 6 kv.metr ölçüdə fasad reklamı, 0,15 m x 0,50 m x 2 ədəd = 0,15 kv.metr ölçüdə fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti 04 avqust 2023-cü il tarixdə X8 rəsmi qaydada göndərilməklə fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X2 icrası məcburi olan göstərişin tələblərinə vaxtında əməl etməmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. X1 olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsinin 04 avqust 2023-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə Azərbaycan Respublikası Dövlət X14 Regional Reklam İdarəsinin X8 rəsmi qaydada göndərilmiş aktı və icrası məcburi olan göstərişi ona rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə də X9 oğlu Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün və protokol tərtib etmiş şəxsin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X9 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq X9 oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar