Məhkəmə qərarları › İş №3(075)-812/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-812/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-812/2024 20.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, X1 Şəki rayonu YPX baş inspektoru tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu YPX baş inspektoru tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli nəqliyyat vasitəsini idarəetmə hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə protokolun ləğv edilməsi edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsinə baxılması ilə bağlı məhkəmə iclası 20 avqust 2024-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. X2 məhkəməyə ərizə təqdim edərək, şikayət ərizəsinin baxılmadan ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X1 həmin ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, X1 şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q я р а ра a л д ы: X1 Şəki rayonu YPX baş inspektoru tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar