Məhkəmə qərarları › İş №3(075)-813/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-813/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-813/2023 22.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2 iştirakları ilə iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Şəki rayonu Sarıca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Sarıca kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-243/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 31 mart 2015-ci il tarixdən başlayaraq cabavdeh Şəxs hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq Fidan və Sevil adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-243/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 31 mart 2015-ci il tarixdən başlayaraq cabavdeh Şəxs hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq Fidan və Sevil adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə 6210 manat aliment borcu yaranmışdır. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşmar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclu Ailə Məcəlləsinə uyğun olaraq yaşadığı yeri bildirməli olduğu halda yaşadığı yer barədə də dəqiq məlumat verməmiş, aliment ödəməkdən yayınmışdır. Borclunun yeri məlum olmadığından xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şəki ŞRPŞ-nə göndərilmiş, Şəki Şəhər-Rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tapılaraq şöbəyə gətirilmişdir. Şöbədə olarkən borcluya 6210 manat aliment borcunun olduğu bildirildi, ümumiyyətlə aliment ödəyib-ödəməməsi barədə sual verildi, borclu bildirdi ki, 8090 manat aliment ödəyib, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 200 manat ödəyib. Yaranmış aliment borcunun ödənilməsi tələb edildi, borclu icra sənədi üzrə tələbi yerinə yetirmədi, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədi. Hal-hazırda isə borclunun 6210 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranmasını, aliment ödəməməsinin səbəbini işsizliyi, qazancının az olması ilə əlaqələndirir. Borclu rəsmi işləməsədə fərdi olaraq laçın şəhərində tikintilərdə fəhlə işlədiyini, gündəlik 20 manat qazancının olduğunu bildirir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Göstərmişdir ki, iş materiallarında olan 22 avqust 2023-cü il tarixli, MN ******* saylı təqdimatda qəbzlərdə olan hesablaşmalarla əlaqəli yanlışlıqla, texniki səhv olaraq borclunun aliment borcu 5910 manat kimi göstərilmişdir. Lakin borclunun icra sənədi üzrə aliment borcu 6210 manat təşkil edir. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 22 avqust 2023-cü il tarixdə saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-243/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 31 mart 2015-ci il tarixdən başlayaraq cabavdeh Şəxs hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq Fidan və Sevil adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 ödənilməlidir. İcra sənədindən məlumatı vardır. İşi olmadığı üçün, qazancı az olduğundan aliment borcunu tam olaraq ödəyə bilməmişdir. O, demək olar ki, bir ildir ki, işsizdir. O, bu vaxta kimi icra sənədi üzrə 8090 manat məbləğdə aliment ödəmişdir. Hazırda onun maddi imkanı olmadığı üçün icra sənədində göstərilən aliment borcunu ödəyə bilmir. Borcunu yalnız 2 ilə tam ödəyə bilər. Əlavə olaraq bildirdi ki, o, 22 avqust 2023-cü il tarixdə saat 09:30-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 16:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-243/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 31 mart 2015-ci il tarixdən başlayaraq cabavdeh Şəxs hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq Fidan və Sevil adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməlidir. Bildirmişdir ki, uşaqlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Göstərmişdir ki, qızı Azərbaycan Tibb Universtetinə qəbul olmuşdur. Övladının ali təhsil alması üçün güclü maddi vəsait tələb olunur. Borclu qərəzli olaraq aliment borcunu ödəmir. Aliment borcunun ödənilməsini tələb edir. Borclu qərəzli olaraq aliment borcunu ödəmirsə barəsində tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada 22 avqust 2023-cü il tarixdən, saat 09:30 radələrində polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 22 avqust 2023-cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 22 avqust 2023-cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 22 avqust 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar