Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-813/2024 29.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat Şöbəsinin rəisi, gömrük xidmət kapitanı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, 13000-01088/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilmişdir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3200/012/003266 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Türkmənistan Respublikasında fəaliyyət göstərən “ES.BİR DÜNYA” şirkəti tərəfindən hüquqi şəxs Şəxs-nin ünvanına göndərilən mallar 23 iyul 2024-cü il tarixində **********2953 nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. **********2953 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasından da bu fakt aydın görünür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib edən şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli raportda qeyd edilmişdir ki, Şəxs-nin ünvanına nəqliyyat vasitəsi ilə gələn yük Beynəlxalq Dəniz Ticarət Limanından keçməklə ölkə ərazisinə daxil olmuşdur. Şəxs-nin tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi Şəxs tərəfindən təqdim edilmiş **********2953 saylı gömrük bəyannaməsinin 40-cı qrafasıda da öz əksini tapmışdır. - xx.xx.2024-cü il tarixli, **********2953 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs-nin ünvanına Türkmənistan Respublikasından 795 nömrəli “Bəxtiyar” gəmisi ilə gələn yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Gömrük bəyannaməsinin 40-cı qrafası qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmədiyi üçün boş buraxılmışdır. - xx.xx.2024-cü il tarixli raportda qeyd edilmişdir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3200/012/003266 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Türkmənistan Respublikasında fəaliyyət göstərən “ES.BİR DÜNYA” şirkəti tərəfindən hüquqi şəxs Şəxs-nin ünvanına göndərilən mallar 23 iyul 2024-cü il tarixində **********2953 nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən Şirkətin nümayəndəsi izahat verməsi üçün Təhqiqat şöbəsinə dəvət edilmişdir. Şəxs-nin direktoru X3 izahat verərək bildirmişdir ki, göndərən şirkət olan Türkmənistan Respublikasında fəaliyyət göstərən “ES.BİR DÜNYA” şirkəti yükün göndərilməsini vaxtında bildirmədiyi səbəbindən qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. **********2953 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasından da bu fakt aydın görünür. Belə ki, Şəxs-nin ünvanına Türkmənistan Respublikasında fəaliyyət göstərən “ES.BİR DÜNYA” şirkəti tərəfindən 795 nömrəli “Bəxtiyar” gəmisi ilə göndərilən “dənli bitkilərin yığılması üçün istifadə olunan kisələr” adlı yük xx.xx.2024-cü il tarixdə saat 18:06-da “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, qısa idxal bəyannaməsini verməmişdir. İş materialında olan sənədlərə və hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş izahata əsasən Şəxs tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Türkmənistan Respublikasında fəaliyyət göstərən “ES.BİR DÜNYA” şirkəti tərəfindən 795 nömrəli “Bəxtiyar” gəmisi ilə Şəxs-nin ünvanına göndərilən “dənli bitkilərin yığılması üçün istifadə olunan kisələr” adlı yük 23 iyul 2024-cü il tarixində **********2953 nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmiş, xx.xx.2024-cü il tarixdə saat 18:06-da “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmiş, lakin həmin yük gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-813/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-813/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver