Məhkəmə qərarları › İş №3(075)-815/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-815/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-815/2024 23.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X2 barəsində qəbul edilmiş 06 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mobil telefonuna icra şöbəsindən barəsində inzibati cərimə olması barədə SMS gəlmişdir. SMS-lə bağlı Şəki Rayon İcra Şöbəsi ilə telefonla əlaqə saxladıqda barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi bildirilmiş və o, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həmin qərarın və qərarın qəbul edilməsinə əsas olmuş protokolun ona təqdim edilməsi ilə bağlı xx.xx.2024-cü və xx.xx.2024-cü il il tarixlərdə məktubla müraciət etmişdir. Məktublara cavab verilmədiyindən xx.xx.2024-cü il tarixdə Şəki rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.10 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini əldə etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinin kobud pozulması ilə, xüsusilə də inzibati xəta hadisəsini törətməmiş şəxs barəsində qəbul edildiyindən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xəta hadisəsi, yəni tərəfindən nə xx.xx.2020-ci il tarixdə, nə də ki Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi üçün tətbiq eldiyi qadağanın qüvvədə olduğu digər vaxtlarda karantin rejimi şərtlərinin pozularaq 10 nəfərdən çox şəxsə qrup halında tədrisin keçirilməsi halı olmamışdır. Yuxarıda göstərdiyi kimi işin hallarından göründüyü kimi, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan, tərtib edilmiş protokoldan və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlumatı olmamışdır. İşə baxan orqan inzibati xəta hadisəsini törətməkdə təqsirləndirilən şəxsin iştirakını təmin etməmiş, inzibati xəta haqqında iş üzrə kifayət edəcək həcmdə inzibati araşdırma aparmamış, inzibati tənbeh vermə haqqında qərarın surəti və digər sənədlər ona verilməmişdir. Lakin göründüyü kimi onun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə tərəfindən deyil, bu qərarı qəbul etməyə səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 16:00-da Mehdiabad qəsəbəsində yerləşən unikal hazırlıq kursunda epidemiya əleyhinə rejimin sanitar gigiyena qaydalarının pozulmasına, şagirdlər arasında sosial məsafənin və partalar arasında məsafə qaydalarının pozulmasına yol verərək İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 211.1-ci maddəsinə əsasən 3000 manat məbləğdə inzibati cərimə edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi Baş İdarəsi tərəfindən X3 ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixə olan uçot baza məlumatlarına əsasən X2 Abşeron rayonu Mehdiabad qəsəbəsində aktiv, dayandırılmış və ləğv edilmiş təsərrüfat subyekti (obyekti) olması aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. İnzibati tənbeh tətbiq etmə haqqında qərarda X4 tərəfindən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 312 nömrəli qərarının tələbləri pozularaq qrup halında 10 nəfərdən yuxarı tədrisin həyata keçirilməsi aşkar edilməsi göstərilsə də, məlumat verilməsinə baxmayaraq, X2 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X2 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda X2 özü tərəfindən inzibati xəta haqqında protokol tərtib edən orqan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi Baş İdarəsinə müraciət olunmuş, qeyd olunan orqan müraciətə cavab məktubunda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixə olan uçot baza məlumatlarına əsasən X2 Abşeron rayonu Mehdiabad qəsəbəsində aktiv, dayandırılmış və ləğv edilmiş təsərrüfat subyekti (obyekti) olması aşkar edilməmişdir. Göründüyü kimi şikayətçi X4 tərəfindən İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmış, eyni zaman inzibati xəta haqqında protokol tərtib edən orqan bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması Rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. X7 Xidmətinin 2 saylı Ərazi Vergi Baş İdarəsi səlahiyyəti olmadığı təqdirdə ərizəçi X2 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 06 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair 06 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar