Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-817/2024 20.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X14 Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 6500 manat məbləğində maddi zərərin əvəzi, 184 (yüz səksən dörd) manat gedişgəliş xərci, cəmi 6684 (altı min altı yüz səksən dörd) manat və 94 manat dövlət rüsumu borclular Şəxs və X6 müştərək qaydada alınaraq tələbkar X2 verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə borcunu ödəməkdən yayınaraq bugünədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında icra məmuru X5 protokolda qeyd edilənləri təsdiq etməklə əlavə olaraq izahatında bildirdi ki, icra sənədi üzrə borclu Şəxs icra və probasiya şöbəsində izahat verərkən şöbənin icraatında olan aliment tələbi üzrə olan icra işi üzrə hər ay ona ödənilən 240 manat alimenti tələbkara ödəməyə hazırdır. İcra sənədi üzrə digər borclu X8 mülkiyyətində daşınmaz əmlakın olması müəyyən edilmişdir. Həmin əmlakın duracağa yerləşdirilməsi və qanuni icra tədbirlərinin görülməsi tərəflərindən təmin ediləcəkdir. Eyni zamanda digər borclu Eyvaz Hüseynovun əmək haqqısından hazırki icra sənədi üzrə hər ay 200 manat tutularaq tələbkara ödənilir. Göstərilənlərə əsasən borclu Şəxs borcundan heç bir ödəniş etmədiyindən onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, himayəsində 2 (iki) azyaşlı uşaq var və aylıq gəlir mənbəyi sadəcə alimentdir. Hal-hazırda işləmir. Borcun alimentdən aldığı 240 manatdan tutulmasına razıdır. Hazırda tələbkar olan xalası Yazangül Qədirovaya qəzadan sonra həm mənəvi, həm də maddi dəstək göstərərək onun qayğısına qalmışdır. Borcunun tam ödənilməsinə maddi imkanı çatmır. Həmçinin digər borclu X6 da, borc üzrə ödənişlər tutulmaqdadır. Ödənişi etməkdən yayınmır, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. X14 Vəkil Bürosunun vəkili X11 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, borclu Şəxs törətdiyi qəza nəticəsində onun ayağı amputasiya olunmuş və nəticədə ona maddi və mənəvi zərər dəymişdir. İcra sənədi üzrə olan borc isə ödənilməmişdir. Borclular qəzadan sonra ona müxtəlif vaxtlarda cəmin 9000 min manat yardım etmələrinə baxmayaraq onun xəstəxanalara və ayağında olan protezlərə 12000 manat xərci çıxmışdır. Bu səbəbdən o, borclulardan borcun tam olaraq ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş: Şəki Rayon Məhkəməsinin 2 (075)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 6500 manat maddi zərərin əvəzi, 184 manat gediş-gəliş xərci, cəmi 6684 (altı min altı yüz səksən dörd) manat və 94 (doxsan dörd) manat dövlət rüsumu cavabdehlər Şəxs və X6 müştərək qaydada alınaraq iddiaçı X2 verilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" QSC-nə ünvanlanmış məktubdan görünür ki, borclu X9 hesablanan əmək haqqının hər ay 50 faizinin tutulması barədə məlumat göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli İcra Vərəqəsinin surətindən görünür ki, Şəxs X6 hər ay 240 manat aliment alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Rayon Məhkəməsinin 2 (075)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, icra sənədi üzrə bügunədək heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin himayəsində iki azyaşlı uşağın olması məsuliyyətini yüngülləşdirən haldır. (İXM 32.1.3 mad) İnzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-817/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-817/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver