Məhkəmə qərarları › İş №3(075)-818/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-818/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-818/2024 30.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, ali təhsilli, subay, DSX-nin N nömrəli hərbi hissəsində hərbi qulluqçu, Samux rayonu, Sarıqamış kəndində qeydiyyatda olmaqla, Şəki şəhərində yaşamaqla xidmətdə olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Şəki rayonu, YPX baş inspektoru, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 10 avqust 2024-cü il tarixdə, saat 08:10 radələrində İXM-nin 329.1 və 333.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu, YPX baş inspektoru, polis baş leytenantı X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törətməmişdir. O, DSX-nın Şəki şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edir. Polis əməkdaşının ona təqdim etdiyi sənədi işə tələsdiyi üçün imzalamışdır. Bildirmişdir ki, o, hadisədən bir gün qabaq bakalın dibində az miqdarda viski içmişdir. Səhərisi gün o, içkili olmamışdır. Polis əməkdaşı onu ilk öcə alkotesterlə yoxlamış, sərxoşluq çıxmadığı üçün getməsini bildirmişdir. Lakin sonradan digər alkotesteri gətirmiş, nəfəs verməsini bildirmişdir. Bu zaman onda yüngül dərəcəli sərxoşluq faktı aşkar olunmuşdur. O, hər hansı həkim yoxlamasından keçməmişdir. Ondan həkim tərəfindən analiz götürülmədən sərxoş olmasına dair saxta rəy verilmişdir. Sonradan özü işdən icazə alaraq həkim yoxlamasına getmiş, analizində onun sərxoş olmadığı göstərilmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki rayonunda yerləşən N saylı hərbi hissədə hərbi qulluqçudur və ona görə də, hazırkı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsi tərəfindən deyil, inzibati xətanın törədilməsi yeri üzrə aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 333-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Göründüyü kimi hazırkı inzibati xəta haqqında işə baxılması məhkəmə aidiyyəti üzrə rayon məhkəməsinin deyil, hərbi məhkəmənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İXM-nin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdırıb bu nəticəyə gəlir ki, hərbi qulluqçu olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hərbi qulluqçu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar