Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-820/2025 12.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon İcra və Probasiya Şöbəsi Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edərək, baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmə baxışı iclası bu günə, yəni xx.xx.2025-ci il tarixə, saat 17:30-a təyin edilmişdir. Məhkəmə, protokol tərtib edən şəxs hazırkı protokolun baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, bu vəsatət təmin edilməli və protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-820/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-820/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver