Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-826/2024 30.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs Mahir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Şəki rayonu, Baltalı kəndində yaşayan Şəxs Mahir oğlu xx.xx.2024-cü ildə “OPEL ASTRA MİNİK” markalı ** BK *** qeydiyyat nömrə nişanlı minik avtomobilini idarə edərkən Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə həmin tarixdə barəsində İXM-nin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair EQ 19450021 №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona tərtib edilmiş protokol və qəbul edilmiş qərar üzrə təyin edilmiş cəriməni vaxtında ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs Mahir oğlu İXM-nin 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə və İXM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, İXM-nin 127-ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında xx.xx.2024-cü ildə həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Şəki Şəhər-Rayon Polis Şöbəsinə və barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş Şəxs Mahir oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Şəki Şəhər-Rayon Polis Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Mahir oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin və Şəxs Mahir oğlunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs Mahir oğlu İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilsə də, həmin əmələ görə ona təyin edilmiş inzibati cəriməni vaxtında ödəmədiyi üçün barəsində İXM-nın 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Mahir oğlunun əməli İXM-nin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İş materiallarına əlavə edilmiş Daxilli İşlər Nazirliyinin ödəniş portalından çıxarışdan görünür ki, Şəxs Mahir oğlu törətdiyi inzibati xətaya görə EQ 19450021 saylı inzibati xəta haqqında protokol üzrə cəriməni tam ödəmişdir. İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orda saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Mahir oğlu İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə də, məhkəmə qərar qəbul edənədək törədiyi əmələ görə ona təyin edilən cəriməni ödədiyindən, başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməli, o inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Mahir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-826/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-826/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver