Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-832/2024 26.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçisi - baş əmək müfətişi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X13 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X5 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, X11 xx.xx.2024-cü il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən, X7 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçisi - baş əmək müfətişi X3 izahat verərək bildirdi ki, Şəxs QSC işğaldan azad olunmuş torpaqlara işçilərinin gedib işləməsi üçün portaldan icazə almışdır. Yoxlama zamanı aydın olmuşdur ki, portalda adları qeyd edilən vətəndaşlarla Şəxs QSC arasında əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi Şəxs QSC əmək müqaviləsi bağlamadan vətəndaşları işə cəlb etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şəxs QSC ilə X8 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X11 arasında bağlanmış əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan başqa Şəxs QSC ilə X12 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin şəxslər işlədikləri müddətdə işğaldan azad olunmuş torpaqlara keçə bilmələri üçün protaldan icazə alınmışdır. Lakin həmin şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra onların adlarının portaldan silinməsi üçün müraciət edilmişdir. Şəxs QSC tərəfindən əmək müqaviləsi bağlanmadan adı qeyd edilən şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə yol verilməmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Əlavə olaraq bildirmişdir ki, şirkətdə inzibati xəta haqqında protokolda adı qeyd edilən X7 adlı vətəndaş işləməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs QSC tərəfindən İXM-nin 192.1-ci maddəsinin tələblərini pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Şəxs QSC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-39016/2024 saylı məktubda qeyd edilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına nazirliyin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq 7 iş günü ərzində iş icazəsi alınan şəxslər ilə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməli, nəticəsi barədə X13 Xidmətinə məlumat verilməsinin təmin edilməlidir. - Portal məlumatlarından görünür ki, Şəxs QSC tərəfindən X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmışdır. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsi əsasında Şəxs QSC-də aşbaz vəzifəsində işə başlamışdır. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək bağlanmışdır. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi əsasında Şəxs QSC-də avtomobil sürücüsü vəzifəsində işə başlamışdır. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək bağlanmışdır. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsi əsasında Şəxs QSC-də kompüter operatoru vəzifəsində işə başlamışdır. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək bağlanmışdır. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs QSC ilə X8 arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması səbəbli xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs QSC ilə X11 arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü səbəbli xx.xx.2024cü il tarixdə xitam verilmişdir. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs QSC ilə X12 arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü səbəbli xx.xx.2024cü il tarixdə xitam verilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən Şəxs QSC-nin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, protokol tərtib edilərkən inzibati xəta haqqında protokolda göstərilən vətəndaşların müddətli əmək müqaviləsinə xitam verildikdən sonrakı müddətdə işləmələri araşdırılmamışdır. Göründüyü kimi Şəxs QSC ilə X11 arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X12 arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə, X8 arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Şəxs QSC-nin nümayəndəsi həmin şəxslərin Qarabağ bölgəsinə keçməsi üçün hökümət portalındakı icazəsinin ləğv edilməsi üçün müraciət etdiklərini bildirmişdir. Buna baxmayaraq səlahiyyət orqan adı qeyd edilən şəxslərin adının polis sistemindən çıxarılmadığı üçün Şəxs QSC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, vətəndaşların adının portaldan çıxarılmaması barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin təqsiri səbəbli baş verməmişdir. Bundan başqa səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında həmin şəxslərin əmək müqavilələrinə xitam verildikdən sonrakı dördə əmək müqaviləsi bağlanmadan iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməllərində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da göründüyü kimi hüquqi şəxs Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən onun tərəfindən inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan, hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda vətəndaş X2 adı göstərilsə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi həmin şəxsin şirkətdə ümumiyyətlə işləmədiyini bildirmişdir. Həmin şəxsin Şəxs QSC də işləməsinə dair hər hansı sübuit təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi hazırki işdə inzibati xəta hadisəsinin baş verməsi və Şəxs Qapalı Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-832/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-832/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver