Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-837/2024 23.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryeyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1966-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN; xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Elbrus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu xx.xx.1966-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN; xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-8356/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 1138 (min yüz otuz səkkiz) manat borc, əldən çıxmış faydanın əvəzi 500 (beş yüz) manat və 6 (altı) manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı ildə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Bu günədək borclu Şəxs tərəfindən tələbkar X4 xeyrinə 1411 (min dörd yüz on bir) manat ödəniş edilib. Hazırki tarixə borc 227 (iki yüz iyirmi yeddi) manat təşkil edir. Şəki Rayon Məhkəməsinin 2(075)-8749/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə nisyə aldığı tikinti materiallarının dəyəri 6900 (altı min doqquz yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar Səmədov lxtiyar Kamal oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-cü ildə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Bu günədək borclu Şəxs tərəfindən tələbkar X5 xeyrinə 1533.58 (min beş yüz otuz üç manat əlli səkkiz qəpik) manat ödəniş edilib. Hazırki tarixə borc 5396.42 (beş min üç yüz doxsan altı manat qırx iki qəpik) manat təşkil edir. Şəki Rayon Məhkəməsinin 2(075)-684/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 600 (altı yüz) manat borc, və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Bu günədək borclu Şəxs tərəfindən tələbkar X1 xeyrinə heç bir ödəniş olunmamışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-684/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4600 (dörd min altı yüz) manat məbləğində pul vəsaiti və 96 (doxsan altı) manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Bu günədək borclu Şəxs tərəfindən tələbkar X3 xeyrinə heç bir ödəniş olunmamışdır. Borclu əvvəllər şöbədə olarkən verdiyi izahatlarında işlədiyini, qazancının olduğunu, borclarını ödəyəcəyini bildirmiş, lakin bu müddətdə heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun qanuni tələbini yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixdə barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmiş, Şəki rayon Məhkəməsinin 3(075)-375/2024-saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borclu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə təkrar törətmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub- olmaması barədə isə "Elektron İcra" sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclu izahatında bildirdi ki, bir il müddətində borclarını ödəyəcəkdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protoklu müdafiə etdiyini qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verib bildirdi ki, borclu Şəxs ona olan borcunu ödəməkdən yayındığından barəsində həbslə əlaqədar olan inzibati tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, göstərilən icra sənədləri üzrə olan borcunu inkar etmir. Hazırda işləmədiyindən icra vərəqələri üzrə olan borclarını ödəməyə maddi imkanı yoxdur. Gələcəkdə işləyərək borclarını ödəməyə söz verir. Övladı xəstə olduğundan barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 izahat verərək bildirdir ki, Şəxs maddi imkanı olmaması səbəbindən borcunu tam olaraq ödəməmişdir. Şəxs vaxt verilsə, borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, onun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş: Şəki Rayon Məhkəməsinin 2(075)-8356/2016 nömrəli, xx.xx.2016-cı tarixli icra sənədindən görünür ki, Şəxs 1138 (min yüz otuz səkkiz) manat borc, əldən çıxmış faydanın əvəzi 500 (beş yüz) manat və 6 (altı) manat dövlət rüsumu alınaraq iddiaçı X9 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-8749/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə nisyə aldığı tikinti materiallarının dəyəri 6900 (altı min doqquz yüz) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar Səmədov lxtiyar Kamal oğlunun xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-684/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 600 (altı yüz) manat borc, və 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 1(075)-30/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4600 manat borc, və 96 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 8749/2016 nömrəli, xx.xx.2016-cı tarixli, Şəki Rayon Məhkəməsinin 1(075)-30/2024 nömrəli, xx.xx.2024-cü tarixli və Şəki Rayon Məhkəməsinin 2(075)-684/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-375/2024 saylı, 27 may 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, müəyyən olunur ki, borclu icra sənədləri üzrə borcunu ödəmədiyindən 27 may 2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb olunaraq 10 gün müddətinə həbs olunmasına baxmayaraq. İcra sənədlərini vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, yenidən icra sənədləri üzrə ödəniş etməyərək qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə qeyd edir ki, Şəxs əvvəllərdə eyni icra sənədi üzrə tələbi icra etməməyə görə məhkəmənin qərarına əsasən 10 gün müddətinə inzibati həbs olunmuşdur. Şəxs, zərərçəkmiş şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx.xx.2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx.xx.2024cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-837/2024 23 avqust 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-837/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-837/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-837/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver