Məhkəmə qərarları › İş №3(075)-852/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-852/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-852/2023 25.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş yol patrul xidməti inspektoru, polis sertjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 28 iyun 1961-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Belə ki, o, 23 avqust 2023cü il tarixdə, saat 18:53 radələrində, idarə etdiyi “Qaz 24M” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, təhlükəsizlik kəməri taxmadığından yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və onun spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş yol patrul xidməti inspektoru, polis baş sertjantı X2 bildirmişdir ki, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tərkibi olduğundan onun barəsində protokol tərtib edilmişdir. Ona görə də, Şəxs qeyd edilən maddələrin sanksiyası çərçivəsində cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həqiqətən də qeyd edilən inzibati xətanı törətmişdir. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilmiş və onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Şəki şəhər-rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, spirtli içki qəbul edərək avtomobil idarə etdiyini, bununla da etdiyi qayda pozuntusunu səmimi etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 23 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli protokolda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2ci maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 23 avqust 2023-cü il tarixli 267 nömrəli aktdan görünür ki, Şəxs yüngül dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 12 avqust 2023-cü il tarixli İQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Şəxs 11 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq оlunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi sübuta yetirilir. Ona gərə də, məhkəmə onu həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb etməyi məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 333.1-ci maddəsi ilə 11 avqust 2023-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 400 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bundan nəticə çıxarmamış və qısa müddət ərzində yenidən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar