Məhkəmə qərarları › İş №3(075)-853/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-853/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-853/2023 25.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 oğlunun, barəsində inzibati icraat aparılan şəxs Şəxs, X7 Vəkil Bürosunun vəkili X6 oğlunun iştirakları ilə xx xxxxx 1958-ci ildə Kəlbəcər rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyəb, Şəki rayonu, Qaratorpaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki rayon İcra və Probasiya çöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 25 avqust 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 25 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(075)-265/2019 nömrəli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-265/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********16 reyestr nömrəli çıxarışa əsasən tələbkar "xxxx" MMC-nin mülkiyyətində olan və Şəki rayonu, Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən borclu Şəxs çıxarılmalı və həmin torpaq sahəsi tələbkar "xxxx" MMC-nə təhvil verilməlidir. Tələbkar "xxxx" MMC-nin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 20 manat məbləğində dövlət rüsumunun 10 manatı borclu Şəxs alınaraq tələbkar "xxxx" MMC-nə verilməlidir. Şəki Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2 (075)-265/2019 saylı qərardadına əsasən tələbkar "xxxx" MMC-nin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən tələbkar "xxxx" MMC-nə geri qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Şəki Rayonu üzrə İcra və probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra icra sənədi üzrə tələbin məcburi icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə icra prosesləri təyin edilmiş və borcluya rəsmi xəbərdarlıq göndərilərək icra sənədinin icrası ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs tələbkar "xxxx" MMC-nin mülkiyyətində olan və Şəki rayonu, Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən bugünədək çıxmamış və tələbin icrasını təmin etməmişdir. Borclu Şəxs icra məmurunun çağırışı üzrə gəlməkdən imtina etdiyinə görə onun məcburi qaydada İcra və probasiya şöbəsinə gətirilməsi barədə xx.xx.2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə təqdimat verilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən təqdimat təmin edilərək borclunun məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. Borclu Şəxs məcburi gətirilməsi barədə Şəki Rayon Məhkəməsinin 8(075)-149/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsasında xx.xx.2023-cü il tarixində borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin mülkiyyətində olan və Şəki rayonu, Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən çıxması ondan tələb edilmişdir. Borclu həmin tarixdə verdiyi izahatında torpaq sahəsindən hazırda özünün istifadə etdiyini və həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, barəsində 2019-cu ildə Şəki Rayon Məhkəməsinin çıxardığı qərar ilə razılşmamışdır. Buna görə də icra sənədini icra etməkdən imtina edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Zakir Məhəmməd oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 2(075)-265/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********16 reyestr nömrəli çıxarışa əsasən tələbkar "xxxx" MMC-nin mülkiyyətində olan və Şəki rayonu, Qaratorpaq kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsindən borclu Şəxs çıxarılmalı və həmin torpaq sahəsi tələbkar "xxxx" MMC-nə təhvil verilməlidir. Tələbkar "xxxx" MMC-nin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 20 manat məbləğində dövlət rüsumunun 10 manatı borclu Şəxs alınaraq tələbkar "xxxx" MMC-nə verilməlidir. Şəki Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2 (075)- 265/2019 saylı qərardadına əsasən tələbkar "xxxx" MMC-nin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən tələbkar "xxxx" MMC-nə geri qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. İcraata başlama haqqında 19 yanvar 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-265/2019 nömrəli, 22 fevral 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs iki gün müddətində könüllü olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Rayon Məhkəməsinin 2 (075)-265/2019 nömrəli, 22 fevral 2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, icra sənədi üzrə bügunədək heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə Şəxs altmış beş yaşına çatmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar