Məhkəmə qərarları › İş №3(075)-854/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-854/2023

26.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-854/2023 26.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X11 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 oğlunun və onun müdafiəçisi X3 iştirakı ilə, xx xxxx 1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:;PWTHT8T olan, əlilliyi olmayan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olan və yaşayan, X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 25 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X7 25 avqust 2023-ci il tarixdə, saat 15:00 radələrində Şəki rayon Türkan qəsəbəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən mühafizə xidmətinin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X7 25 avqust 2023-cü il tarixdə, saat 15:00 radələrində Şəki rayonu, Türkan qəsəbəsində, X5rşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra X1 barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, protokolda göstərilənlərin doğru olduğunu Bir neçə gün qabaq özünə məxsus fermasında çobanı tərəfindən 14 ədəd qoyunları oğurlanmışdır. Bundan sonra Sarıca Polis ölməsinə gəlmiş və polis şöbəsində işin araşdırılaraq nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Bundan sonra müraciətimi araşdırmayacaqlarından şübhələndiyimdən əsəbləşib yüksək səslə nalayiq ifadələr işlətmişdir. Polsi əməkdaşları onu sakitləşdirməyə çalışsalarda əsəbi olduğundan öz hərəkətlərinə davam etmişdir. Əməlindən peşmandır. Onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 müdafiəçisi X9 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı X2 ifadəsində göstərmişdir ki, 25 avqust 2023-cü il tarixdə, saat 15:00 radələrində polis serjantı Nağı Tağıyevlə birlikdə Turan qəsəbəsində xidmətdə olduqları zaman X8 xidməti binasının qarşısında X1 ucadan ünvansız nalayiq ifadər işlətdiyini görmüşlər. Ona yaxınlaşıb nizam intizama dəvət etsələr də, sonuncu buna məhəl qoymamış, öz hərəkətlərinə davam etmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı X6 digər şahid X2 ilə oxşar məzmunda izahat vermişdir İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X7 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:15-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X1 üzərinə baxış keçirilən zaman 3 ədəd açar və 37 manat pul aşkar edilmişdir. X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinin inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə X1 şəxsiyyətini, əməlindən peşman olmasını, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, onun 25 avqust 2023-cü il tarixdə saat 15:15-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X7 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. X1 25 avqust 2023-cü il tarixdə saat 15:15-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar