Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-857/2023 20.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, ərizəçi X14, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 etibarnamə üzrə nümayəndəsi X11, qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 21 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi "xxxx" MMC ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyin Şəki X7 əməkdaşları tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nǝ məxsus ünvan 2ən "Buta 408" aptekdə keçirilmiş planlı yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. İnzibati tənbeh vermə haqqında MN ******* saylı qərar 21 avqust 2023-cü il tarixdə çıxarılmışdır. Azərbaycan Qida Təhlükəsizlik Agentliyin əməkdaşları tərtib etdikləri protokolda onların aptekdə dezinfeksiya işlərinin aparılmaması və əməkdaşların (İşçi heyətin) gigiyenik təlimlərə cəlb olunmaması göstərilmişdir. İnzibati protokolda İXM-nin 220.2-ci maddəsinə görə qeyd olunan dezinfeksiya işlərinin aparılmaması ilə bağlı, Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası qanununa əsasən, Epidemiologiya İşlərinin aparılması haqqında 9/217 saylı, xx.xx.2023-cü il tarixli Bakudez dezinfeksiya mərkəzinin müvafiq AKT-1, həmçinin Bakudez dezinfeksiya mərkəzinin 13/962/xx.xx.2023-cü il tarixli AKT-1 mövcuddur. Həmçinin, Azərbaycan Qida Təhlükəsizlik Agentliyin əməkdaşları tərtib etdikləri protokolda İXM-nin 220.2-ci maddəsi ilə bağlı, bildirmişdir ki, Azərbaycan Respublikası Qida təhlükəsizliyi haqqında qanunun 2.2.10. Qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmasını təmin etməlidirlər. Göründüyü kimi, qanunda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada ilkin təlimlərə cəlb olunması qeyd olunmuşdur ki, tərəflərindən Azərbaycan Qida Təhlükəsizliyi X8 sədri cənab Əli Nəbiyevə məktub ünvanlayaraq, əməkdaşlarının təlimlərə cəlb olunması ilə bağlı köməklik göstərilməsi bildirilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53- cü maddəsinə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM- nin 220.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X18 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 etibarnamə üzrə nümayəndəsi X19 göstərdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X5 tərəfindən X13 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. X13 işlətdiyi Oğuz raynu, Kərimli kəndində yerləşən “Buta 408” adlı aptekdə yoxlama zamanı havalandırma sistemlərinin quraşdırılmadığı, qida məhsulları ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb olunmadığı, obyektə dezinfeksiya işlərinin aparılmadığı məlum olmuşdur. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterindən” olan çıxarışdan da görünür ki, 04 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək “Buta 408” adlı aptekdə planlı yoxlama aparılması vahid reyestrə yerləşdirilmişdir. Buta Farm” MMC-nin nümayəndəsi əməkdaşlarının təlimlərə cəlb olunması ilə bağlı müraciət etdiyini bildirsə də, belə bir müraciət Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinə daxil olmamışdır. X13 barəsində 21 avqust 2023-cü il tarixli, MN seriyalı, 13111713 nomrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 21 avqust 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli qərar ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş 08 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qax rayonu, Kərimli kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus aptektdə planlı yoxlama zamanı qida məhsulları ilə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb olunmadığı, obyektə dezinfeksiya işlərinin aparılmadığı məlum olmuşdur. 21 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsini pozduğuna görə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 “Yoxlamann aparılması haqqında” 24 iyul 2023-cü il tarixli qərar və KY seriyalı, ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Oğuz raynu, Kərimli kəndində yerləşən "xxxx" MMC sahibkarlıq subyektinə məxsus obyektində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə planlı yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X2 “Yoxlamanın nəticələri üzrə” 21 avqust 2023-cü il tarixli qərarından görünür ki, Oğuz raynu, Kərimli kəndində yerləşən "xxxx" MMC-nə məxsus aptekin satış sahəsində müvafiq qaydada yerləşdirilmiş və təbii, ümumi mübadiləli və öz-özünə mexaniki havalandırma sistemlərinin quraşdırılmadığı, aptekdə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, aptekin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşların gigiyenik təlimlərə cəlb olunmadığı müəyyən edilmişdir. Bununla da, İnzibati Xəta əlamətələri aşkar edildiyi üçün İnzibati Xəta ilə bağlı işə baxılmasına dair zəruri tədbirlərin görülməsi və göstərilən pozuntunun xx.xx.2023-cü il tarixinədək aradan qaldırılması və bu barədə yoxlayıcı orqana məlumat verilməsi qərara alınmışdır. "xxxx" MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, əməkdaşlarının təlimlərə cəlb olunması və bununla əlaqədar müqavilə bağlanılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il və 31 avqust 2023-cü il tarixli aktlardan görünür ki, tarixli aktlardan görünür ki, "xxxx" MMC ilə “Buta 408” arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında dezinfeksiya işləri aparılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş “Foto və video çəkilişlərin aparılması barədə” 08 avqust 2023-cü il tarixli aktdan görünür ki, X15 məxsus müəssisədə yoxlama materiallarına əlavə edilməsi üçün müxtəlif video və foto şəkillər çəkilmişdir. Həmin aktı sahibkar X20 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə qərarda "xxxx" MMC tərəfindən aptekin satış sahəsində müvafiq qaydada təbii, ümumi mübadiləli və öz-özünə mexaniki havalandırma sistemləri quraşdırılması, dezinfeksiya işlərinin aparılmaması və əməkdaşların (İşçi heyətin) gigiyenik təlimlərə cəlb olunmaması göstərilsə də iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilir ki, "xxxx" MMC tərəfindən "xxxx" dezinfeksiya mərkəzi ilə bağlanmış müqavilə əsasında xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində dizinfeksiya işlərinin aparıldığı, eyni zamanda əməkdaşlarının təlimlərə cəlb olunması və bununla əlaqədar müqavilə bağlanılmasına köməklik göstərilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edildiyi, məhkəmə "xxxx" MMC tərəfindən satış sahəsində mexaniki havalandırma sistemlərinin qoşulmamasına gəldikdə isə qanunvericilik normasından da göründüyü kimi qida obyektlərinin istilik, havalandırma, işıqlandırma sistemləri ilə təchizatı obyektlərin satış sahəsində deyil istehsal və yardımçı sahələrində müvafiq qaydada mexaniki havalandırma sistemlərinin qurulması qeyd edilmişdir. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarının 2 nömrəli əlavəsinin: 1.5-ci bəndinə əsasən qida obyektlərinin istilik, havalandırma, işıqlandırma sistemləri ilə təchizatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları”nın tələblərinə uyğun olmalıdır. 1.6-cı bəndinə əsasən qida obyektlərinin istehsal və yardımçı sahələrində müvafiq qaydada yerləşdirilmiş və təbii, ümumi mübadiləli və öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmalıdır. Havanın çirkli zonadan təmiz zonaya mexaniki axınına yol verilməməlidir. Havalandırma sistemlərinin filtrləri, təmizləmə və ya əvəzləmə tələb edən digər hissələri əlçatan səviyyədə yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 115.1.4-cü və 115.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, X21 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X5 tərəfindən qəbul edilmiş, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair 21 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi X3 göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-857/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-857/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver