Məhkəmə qərarları › İş №3(075)-86/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-86/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-86/2021 05.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1, Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Şəki rayonu, Suçma kəndində anadan olmuş, əvvəllər məhkum olunmuş, həmçinin inzibati qaydada tənbeh olunmuş Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işsiz, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2, 211.2, 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, Şəki rayonu Suçma kəndində qoruyucu tibbi maskadan istifadə etməmiş, nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 211.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Şəki rayonu, Suçma kəndində qoruyucu tibbi maskadan istifadə etməmiş, həmin şəxsə törətdiyi inzibati xəta əməlini izah edən polis əməkdaşlarına ünvansız küçə söyüşləri söymüş, polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələr də o, daha da aqressivləşərək polis əməkdaşlarına qarşı əl-qol hərəkəti edib açıq aşkar şəkildə hörmətsizlik nümayiş etdirmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərmişdir ki, Şəxs hüquqlarını xx.xx.2021-ci il tarixdə saat 11:00-da məhdudlaşdırılmışdır. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı Şəki rayonu, Suçma kəndində yerləşən evdən tələsik çıxdığı üçün qoruyucu tibbi maskadan istifadə etməmişdir. Daha sonra isə polis əməkdaşları ona yaxınlaşaraq ona inzibati xəta törətdiyini bildirmişlər. O, polis əməkdaşlarına söyüş söyməmişdir. Lakin əsəbi olduğundan polis əməkdaşları ilə uca səslə danışmışdır. Daha sonra isə polis əməkdaşları onu polis bölməsinə gətirmişlər. Əlavə olaraq göstərmişdir ki, həmin anda kəndin mərkəzində kənd əhalisinin yanında evlənmək istədiyi Suçma kənd orta məktəbinin müəlliməsi həmçşinin direktor müavininin qardaşı ilə mübahisə etmiş, bir-birlərinin üstünə getmişlər. Lakin polislər onları dalaşmağa qoymamışlar. Göstərmişdir ki, əvvəllər CM-nin 221.2-ci maddəsi üzrə 2 il azadlıqdan məhrum edilmişdir. Göstərmişdir ki, onun hüquqları xx.xx.2021-ci il tarixdə saat 11:00-da məhdudlaşdırılmışdır. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, xx.xx.2021ci il tarixdə saat 10:00 radələrində Şəki rayonu, Suçma kəndində Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPXT-nin polis nəfəri polis serjantı İslam Məmmədli ilə birlikdə xidmətdə olarkən Suçma kəndinin mərkəzində bir nəfər şəxsin qoruyucu vasitə-tibbi maskadan istifadə etmədiyini görərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsə törətdiyi inzibati xəta əməlini izah edərkən həmin şəxs ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də o, daha da aqressivləşərək onlara qarşı əl-qol hərəkəti edib açıq aşkar şəkildə hörmətsizlik nümayiş etdirmişdir. Onlar həmin şəxsi polis bölməsinə dəvət etdikdə isə həmin şəxs, onlara “Siz kimsiniz, nə edirəmsə yaxşı edirəm, heç yana getmirəm mənə protokol yaza bilməzsiniz” deyərək bizə təkrar əl-qol ataraq polisin qanuni tələbinə qəsdnən tabe olmamışdır. Onlar həmin şəxsi çox çətinliklə sakitləşdirib polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da şahid qismində dindirilmiş X3 ilə eyni məzmunda ifadə verdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati həbsə alınmanın əvvəli Şəxs hüquqlarının məhdudlaşdırıldığı xx xxxxxx 2021-ci il tarixdə saat 11:00-dan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 1 ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs hüquqlarının məhdudlaşdırıldığı xx xxxxxx 2021-ci il tarixdə saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar