Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-861/2023 12.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, X1 barəsində qəbul edilmiş 13 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16235649 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, 13 avqust 2023-cü il tarixli EQ 16235649 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, əməlimdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar verməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, 13 avqust 2023-cü il tarixdə ona məxsus **- BR-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” minik markalı avtomobillə qardaşı İlqar Əlizadə ilə birlikdə hərbi xidmətdə olan oğlu İlkinin andiçmə tədbirində iştirak etmək üçün Kürdəmir rayonunda yerləşən hərbi hissəyə getməli olmuşlar. O, yuxusuz və yorğun olduğu üçün avtomobili qardaşı ilqar Əlizadə idarə etmişdir. Hərbi hissəyə gedib qayıtdıqdan sonra ona məlum oldu ki, avtomobili o idarə etmədiyi halda 13 avqust 2023cü il tarixli EQ 16235649 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 300 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, 13 avqust 2023-cü il tarixli EQ 16235649 nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur. Hesab edir ki, onun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi üçün heç əsas olmamışdır. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə o və qardaşı ərizəçi X2 oğlunun hərbi xidmətdə andiçmə mərasiminə getmişlər. Onlar Kamrana məxsus “Nissan Sunny” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. X3 yuxusuz, yorğun olduğu üçün yolda avtomobili o idarə etmişdir. Bildirmişdir ki, onlar “Nissan Sunny” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Ərəbbəsrə kəndində hərəkətdə olan zaman sürət həddi 19 km/saat həddində aşılmasına yol verildiyindən X1 barəsində İXMnin 328.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Hadisə baş verən zaman avtomobilin sükanı arxasında o olmuşdur. Hadisə səhər saatlarında, təxminən saat 04:45 radələrində baş vermişdir. Göstərmişdir ki, İXM-nin 328.1-ci maddəsində 10 manat məbləğdə cərimə nəzərdə tutulmuşdur. Lakin Kamranın barəsində qəbul edilmiş elektron inzibati tənbeh vermə haqqında qərara əsasən 300 manat məbləğdə cərimə hesablanmışdır. İşdə olan 13 avqust 2023-cü il tarixli, EQ 16235649 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsinin tələblərini pozduğu üçün, 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə ərizəçinin, şahidin izahatlarını dinlədikdən sonra və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X1 şikayət ərizəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 124.2-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu və qərarı tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır və bu hallar aradan qaldırılmadan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən inzibati icraat zamanı tərəflərin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Beləliklə, hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Göründüyü kimi X3na məxsus “Nissan Sunny” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü tərəfindən 13 avqust 2023-cü il tarixdə, saat 04:43 radələrində İXM-nin 328.1-ci maddəsinin tələbləri pozulduğu üçün “Nissan Sunny” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan X1 barəsində 13 avqust 2023-cü il tarixli, EQ 16235649 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və ərizəçiyə İXM-nin 328.1-ci maddəsinə əsasən 300 manat məbləğdə cərimə hesablanmıdır. Məhkəmə hesab edir ki, 13 avqust 2023-cü il tarixli, EQ 16235649 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilən zaman qanunvericliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulsa da, X3na 300 manat məbləğdə inzibati cərimə hesablanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında X3, həmçinin şahid qismində dindirilmiş X8 izahatlarında 13 avqust 2023-cü il tarixdə, saat 04:43 radələrində X3na məxsus “Nissan Sunny” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduqları zaman avtomobili Kamran Əlizadənin yox, İlqar Əlizadənin idarə etdiyini qeyd etmişlər. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadından, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin, şikayətin inzibati xətanın törədilib-törədilməməsi, iş üzrə icraata xitam verilib-verilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın da araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə qəbul edilmiş 13 avqust 2023-cü il tarixli, EQ seriyalı, 16235649 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsində yenidən baxılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-861/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-861/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver