Məhkəmə qərarları › İş №3(075)-862/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-862/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-862/2023 29.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X10 Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyytda olmaqla, Şəki şəhəri, Sarabski küçəsi, ev 4 A ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 29 avqust 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Şəxs hər ay sabit pul məbləğində 60 manat aliment tutularaq tələbkar X5 verilməlidir. Alimentin tutulmasının əvvəli 23 sentyabr 2013-cü il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)- 1289/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Şəxs hər ay sabit pul məbləğində 110 manat aliment tutularaq tələbkar Şəxs qızına verilməlidir. Alimentin tutulmasının əvvəli 29 iyul 2019-cu il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2013cü il və xx.xx.2019- cu il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri xx.xx.2019-cu il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədlərinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkar Şəxs qızı xx.xx.2016-cı il tarixli ərizə ilə Şəki rayonu üzrə İcra Şöbəsinə müraciət edərək borclu Şəxs barəsində görüləcək məcburi icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. Lakin tələbkar Süsən Davudova ərizə ilə yenidən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək borclu Şəxs tərəfindən aralarında olan razılığa əməl edilmədiyini bildirmiş və yaranmış aliment borcunun ödənilməsi istiqamətində borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)- 1730/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini qanuni olaraq əməl etməkdən boyun qaçırdığına görə Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 3(075)-633/2014 saylı qərarı ilə 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədini qərəzli olaraq icra etmədiyinə görə Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(075)-38/2016 saylı hökmünə əsasən 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. İcra sənədləri bir icraatda birləşdirildikdən sonra Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı, xx.xx.2013-cü il tarixli və Şəki Rayon Məhkəməsinin 2(075)-1289/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini qanuni olaraq əməl etməkdən boyun qaçırdığına görə borclu Şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(075)-559/2019 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Şəxs xx.xx.2023cü il tarixdə icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədləri üzrə borcun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatında hal-hazırki tarixə icra sənədləri üzrə borc məbləğindən tam şəkildə ödəyə bilməyəcəyini, qalan borc məbləğini isə hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Borclu tərəfindən tələbkarın xeyrinə bugünədək cəmi 2735 manat aliment pulu ödənilmişdir. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hal-hazırda borclu Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə cəmi 1465 manat aliment borcu, Şəki Rayon Məhkəməsinin 2(075)-1289/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə isə 5280 manat aliment borcu olmaqla, ümumilikdə hər iki icra sənədi üzrə aliment borcu cəmi 6745 manat təşkil edir. Bu səbəbdən də onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X9 izahat verərək bildirdi ki, Şəxs alimenti ödəməməklə, övladları ilə maraqlanmır. Hazırda 70 manat ödəməyə istədiyindən pulu qəbul etməyə razı olduğundan ondan şikayəti olmadığını, lakin 10 gündən sonra vəd etdiyi kimi hər ay 150 manat ödəməyəcəyi halda şikayətçi olacaqdır. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi işsiz və maddi imkanının aşağı olması olmuşdur. Hazırda işlədiyini və 70 manat ödəyə biləcəkdir. Bundan başqa aliment üzrə hər ay 150 manat ödəməyə söz verir . Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. X10 Vəkil Bürosunun vəkili X11 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 nömrəli 07 noyabr 2013-cü il tarixli icra sənədinə görünür ki, X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Şəxs hər ay sabit pul məbləğində 60 manat aliment tutularaq tələbkar X5 verilməlidir. Alimentin tutulmasının əvvəli 23 sentyabr 2013-cü il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1289/2019 nömrəli 27 iyun 2019-cu il tarixli icra sənədinə görünür ki, X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Şəxs hər ay sabit pul məbləğində 110 manat aliment tutularaq tələbkar X5 verilməlidir. Alimentin tutulmasının əvvəli 29 iyul 2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş icraata başlama haqqında 09 dekabr 2013-cü il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 nömrəli 07 noyabr 2013-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlama haqqında 29 iyul 2019-cu il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1289/2019 nömrəli 27 iyun 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 3(075)- 633/2014 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli Şəxs sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırıldığı 29 avqust 2023-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-862/2023 29 avqust 2023-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-862/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar