Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-863/2024 22.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 avqust 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs MMC 342000.00 Avro məbləğində vəsaiti 01 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 22360,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil məhkəməyə ünvanladığı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Mərkəzi Bank tərəfindən tərtib edilən protokol əsassızdır. Belə ki, qeyd edilən mallar ölkəyə idxal edilmişdir. Buna baxmayaraq "xxxx" ASC, daha sonra isə Mərkəzi Bank tərəfindən malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı şərait yaradılmadığından, həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Belə ki, AzAbrau ilə "xxxx" şirkəti arasında 22 iyul 2022-ci il tarixində 22A4-69 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" Şirkəti Müqavilə ilə müəyyən edilmiş 10 (on) ədəd avadanlığı AzAbraunun mülkiyyətinə verməyi, AzAbrau isə bunun qarşılığında 570 000 Avro (beş yüz yetmiş min) məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, AzAbrau tərəfindən Müqavilənin ümumi dəyərinin 60%-i həcmində avans ödəniş həyata keçirilməlidir. Mərkəzi Bank tərəfindən protokola əlavə edilmiş sənədlər içərisində 30 sentyabr 2022-ci il tarixli, 1 oktyabr 2022-ci il tarixli, 25 noyabr 2022-ci il tarixli, 14 dekabr 2022-ci il tarixli gömrük bəyannamələri mövcuddur. Qeyd olunan gömrük bəyannamələrinin yekun məbləği 319 640 Avro (üç yüz on doqquz min altı yüz qırx min) təşkil etmişdir. 19 dekabr 2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən, "xxxx" Şirkəti tərəfindən AzAbrauya 107 000 Avro (bir yüz yeddi min) dəyərində mal göndərilmiş və AzAbrau tərəfindən həyata keçirilmiş 22 360 Avro (iyirmi iki min üç yüz altmış) məbləğində avans ödənişinin müqabilində idxal olunmuş mal qeyd olunan gömrük bəyannaməsi ilə əhatə olunmuşdur. Göründüyü kimi, Mərkəzi Bankın istinad etdiyi və Şəxs MMC tərəfindən həyata keçirilmiş 22 360 Avro (iyirmi iki min üç yüz altmış) məbləğində avans ödənişinin müqabilində ölkəyə mallar idxal edilmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən həyata keçirilmiş 22 360 Avro (iyirmi iki min üç yüz altmış) məbləğində avans ödənişinə dair əməliyyat Mərkəzi Bank tərəfindən istinad edilən inzibati xəta tərkibini yaratmır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 430.4-cü maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrinə dair cədvəldən görünür ki, Şəxs MMC tərəfindən 342,000.00 Avro məbləğdə qabaqcadan ödəniş edilmiş, 319640.00 Avro məbləğdə mal bəyan olunmuş, 22360,00 Avro məbləğdə mal bəyan olunmamışdır. - Kredit haqqında bildirişdən görünür ki, Şəxs MMC tərəfindən 342000 Avro məbləğdə pul vəsaiti xaricə köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 114000,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. - xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 114000,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. - xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 114000,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. - xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 16800,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. - xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 11200,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. - xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 107000,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. - xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 114000,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 12800,00 Avro məbləğdə mal ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir. - 10 (on) ədəd akratoforun istehsalı və təchizatı haqqında xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqavilədən görünür ki, müqaviləyə uyğun olaraq sifarişçi Şəxs MMC müqavilənin əlavəsində göstərilən avadanlığın istehsal və təchiz edilməsini sifariş vermiş, icraçı "xxxx" MMC isə inkoterms 2020 redaksiyasında “Şəki Şərab” zavodu şərtləri əsasında istehsal və təchiz etməyi öhdəsinə götürmüşdür. Müqavilənin tərəflər arasında razılaşdırılmış ümumi dəyəri 570000 avro təşkil edir. - 10 (on) ədəd akratoforun hazırlanması və tədarükünə dair xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə razılaşmadan görünür ki, icraçı "xxxx" MMC ilə sifarişçi Şəxs MMC arasında bağlanmış 10 (on) ədəd akratoforun istehsalı və təchizatı haqqında xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqavilənin dəyəri 570000 avrodan 598000 avroya dəyişdirimişdir. - 10 (on) ədəd akratoforun hazırlanması və tədarükünə dair xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli 2 saylı əlavə razılaşmadan görünür ki, icraçı "xxxx" MMC ilə sifarişçi Şəxs MMC arasında bağlanmış 10 (on) ədəd akratoforun istehsalı və təchizatı haqqında xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqavilənin dəyəri 598000 avrodan 591000 avroya dəyişdirimişdir. - 2 ədəd 1 m.kub-lik maya generatorunun hazırlanması və tədarükünə dair xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli 3 saylı əlavə razılaşmadan görünür ki, icraçı "xxxx" MMC ilə sifarişçi Şəxs MMC arasında bağlanmış 2 ədəd 1 m.kub-lik maya generatorunun hazırlanması və tədarükünə dair xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqavilənin dəyəri 591000 avrodan 603800 avroya dəyişdirimişdir. - Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xx.xx.2024-cü il tarixli, 6-2-32/2-233/2024 saylı mətubundan görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-nin müştəri xidməti departamentindəki AZ14İBAZ******************** saylı cari EUR hesabı vasitəsilə "xxxx" Şirkətinin xeyrinə icra olunmuş avans ödənişləri bağlanmışdır. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 (on) ədəd akratoforun istehsalı və təchizatı haqqında xx.xx.2022-ci il tarixli, 22A4-69 saylı müqavilədən və həmin müqaviləyə əlavələrdən görünür ki, icraçı "xxxx" MMC 603800 avro dəyərində avadanlığı sifarişçi Şəxs MMC üçün istehsal və təchiz etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda gömrük bəyannamələrindən göründüyü kimi ümumilik 603800 avro dəyərində mallar ixracatçı "xxxx" OOD tərəfindən idxalçı Şəxs MMC-nə göndərilərək öləkəyə idxal edilmişdir. Bu isə onu göstərir ki, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatının gedişində Şəxs MMC-nin nümayəndəsi tərəfindən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu təqdim edilmişdir ki, həmin məktubda bank 342.000 avro məbləğlə bağlı avans ödənişinin bağlandığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi hazırki işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərində inzibati xəta tərkibi olmamasına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-863/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-863/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver