Məhkəmə qərarları › İş №3(075)-869/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-869/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-869/2023 31.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu xx xxxx 1996-cı il tarixində Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, FİN xxxxxxx olan Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ikinci Qarabağ müharibəsi iştirakçısı, müharibə veteranı, əlilliyi olmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1195/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 10000 manat və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. Sözügedən borc borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 31 avqust 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, o, Şəki Rayon Məhkəməsinin 2(075)-1195/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 2(075)-1195/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxsdan 10000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materialına Şəxs adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinyət əşyalarının olub-olmaması barədə “Azərbaycan Beynəlxalq Bankı”nın Şəki filialına, "xxxx" ASC-nin Şəki filialına, "xxxx" QSC-nin Şəki filialına, "xxxx" ASC-nin Şəki filialına sorğu verilsə də, digər banklar olan "xxxx" ASC-nə, "xxxx" ASC-nə, “Ləğv Prosesində olan "xxxx" ASC-nə və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, həmçinin respublikada olan digər banklara və BOKT-na sorğu verilməmiş, bu barədə müvafiq cavablar alınaraq iş materialına əlavə edilməmişdir. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar