Məhkəmə qərarları › İş №3(075)-87/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-87/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-87/2021 23.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Şəxs-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş “Azəri” Korporasiyasının barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 11000-0141/21 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş ŞəxsMMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 11000- 0141/21 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından xx.xx.2021-ci il tarixdə “Mazımçay” gömrük postundan keçməklə CT0757BA/Y5377EE nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 412000 əsas “Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri yükü xx.xx.2021-ci il tarixli, **********2145 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki gömrük postunda bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs-nin ünvanına daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə xx xxxxxx 2021-ci il tarixli, 11000-0141/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından xx.xx.2021-ci il tarixdə “Mazımçay” gömrük postundan keçməklə CT0757BA/Y5377EE nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 412000 əsəs “Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri” yükü xx.xx.2021-ci il tarixli, **********2145 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki gömrük postunda bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ŞəxsMMCnin ünvanına daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Halbuki, həmin qısa bəyannamə yüklə dolu olan nəqliyyat vasitəsi gömrük sərhəddinə daxil olmamışdan əvvəl verilməli idi. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs-nin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından “Mazımçay” gömrük postundan keçməklə CT0757BA/Y5377EE nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 412000 əsas “Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri” yükü xx.xx.2021-ci il tarixli, **********2145 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki gömrük postunda bəyan edilmişdir. İnzibati xəta törədilməsini anlayır. Lakin dövlətin kənd təsərrüfatına qayğısını nəzərə alaraq onlara köməklik göstərilməsini xahiş edir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 11000-0141/21 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından “Mazımçay” gömrük postundan keçməklə CT0757BA/Y5377EE nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 412000 əsəs “Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri” yükü xx.xx.2021-ci il tarixli, **********2145 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki gömrük postunda bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs-nin ünvanına daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada idxal bəyannaməsi təqdim edilməmişdir və bu əmələ görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından “Mazımçay” gömrük postundan keçməklə CT0757BA/Y5377EE nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 412000 əsəs “Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri” yükü xx.xx.2021-ci il tarixli, **********2145 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki gömrük postunda bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs-nin ünvanına daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qıza idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə Qəra ra aldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar