Məhkəmə qərarları › İş №3(075)-871/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-871/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-871/2023 18.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2023-cü il tarixli, EQ-16317413 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.2023cü il tarixli, EQ16317413 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 10:00-da o, Bakı Şamaxı Yevlax yolunun 121 km-də hərəkətdə olarkən heç bir əsas olmadan 3-cü Tağım YPX inspektoru polis serjantı X2 tərəfindən saxlanılmışdır. İnspektor heç bir sübut təqdim etmədən, səbəbini bildirmədən onun sənədlərini tələb etmişdir. Sənədlərini aldıqdan sonra xidməti avtomobilini gedərək İXM-nin 332.3 maddəsi ilə protokol tərtib edərək qərar verib, ona sürücülük hüququnun məhdudlaşdırıldığını bildirərək sürücülük vəsiqəsini geri qaytarmamışdır. Bundan sonra bu barədə heç bir məlumatının və sürücülük hüququnda heç bir məhdudiyyətin olmadığını İnspektora bildirmişdir. Lakin araşdırması nəticəsində ona sonradan məlum olmuşdur ki, sürücülük hüququnda heç bir məhdudiyyət olmadığı halda, xx.xx.2023-ci il tarixində, saat 16:14-də Qaraməryəm-İsmayıllı-Şəki yolu 106.9-cu km. Kərimli k. İsmayıllı ist.-da, yolda müəyyən edilmişdir hərəkət sürətinin 12km/saat həddini aşıldığına görə 300 manat məbləğində, xx.xx.2023-ci il tarixində, saat 07:50-də Bakı, Rəşid İsmayılov (Biləcəri) 5a-da Dayanma qaydalarını pozulduğuna görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bununla bağlı bildirmişdir ki, əvvəllər sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir inzibati tənbeh tədbiq olunmamışdır. Hal hazırda da onun sürücülük hüququnda heç bir məhdudiyyət yoxdur. Tətbiq edilmiş cərimələr qanunsuz olmuşdur. Belə ki, qərarlar verilərkən DYP gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamış, işin faktiki hallarına uyğun olmamışdır. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Qərarlar verilərkən inzibati məsuliyyət müəyyən edən qanunun normaları düzgün tədbiq edilməmişdir. İXM-nın tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayətdə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Barəsində tərtib edilmiş qərar üzrə cərimə məbləği 10 manat olduğu halda onun barəsində 300 manat cərimə yazılmışdır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsə də, ona yalnışlıq olduğunu düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Odur ki, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə inzibati qərarı qəbul etmiş DİN BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə DİN BDYPİ –nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ-16317413 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaq əleyhinə olan inzibati xətanın törədilməsinə görə X4 barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, EQ16317413 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaq əleyhinə olan inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Göründüyü kimi X4 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Bu isə qərarın ləğv edilərək icraata xitam verilməsi üçün deyil, qərarın dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ-16317413 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.2ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilərək X3, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 10 (on) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində xx.xx.2023-cü il tarixli, EQ-16317413 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilsin. X4 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 10 (on) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar