Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-872/2023 27.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən yazılmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 maddəsi ilə 300 manat cərimə olunmasına dair 19 avqust 2023-ci il tarixli, TP ******* saylı qərarın ləvğ edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İİİ X9 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İİİ X9 Xidmətinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, 19 avqust 2023-cü il tarixində, saat 10:00-da o, Bakı Şamaxı Yevlax yolunun 121 km-də hərəkətdə olarkən heç bir əsas olmadan 3-cü Tağım YPX inspektoru polis serjantı X4 tərəfindən saxlanılmışdır. İnspektor heç bir sübut təqdim etmədən, səbəbini bildirmədən onun sənədlərini tələb etmişdir. Sənədlərini aldıqdan sonra xidməti avtomobilini gedərək İXM-nin 332.3 maddəsi ilə protokol tərtib etmiş, qərar vermişdir. Ona sürücülük hüququnun məhdudlaşdırıldığını bildirərək sürücülük vəsiqəsini geri qaytarmamışdır. O, bu barədə heç bir məlumatının olmadığının və sürücülük hüququnda heç bir məhdudiyyətin olmadığını İnspektora bildirmişdir. Lakin araşdırma nəticəsində ona sonradan məlum olmuşdur ki, sürücülük hüququnda heç bir məhdudiyyət olmadığı halda, 16 avqust 2023-ci il tarixində, saat 16:14-də Qaraməryəm- İsmayıllı-Şəki yolu 106.9-cu km. Kərimli k. İsmayıllı ist.-da, yolda müəyyən edilmişdir. Hərəkət sürətinin 12 km/saat həddini aşıldığına görə 300 manat məbləğində, 17 avqust 2023-ci il tarixində, saat 07:50-də Bakı, Rəşid İsmayılov ( Biləcəri) 5a-da Dayanma qaydalarını pozulduğuna görə 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Göstərmişdir ki, əvvəllər ona sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir inzibati tənbeh tədbiq olunmamışdır. Hal hazırda da onun sürücülük hüququnda heç bir məhdudiyyət yoxdur. Tətbiq edilmiş cərimələr qanunsuz olmuşdur. Belə ki, qərarlar verilərkən DYP gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamış, işin faktiki hallarına uyğun olmamışdır. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Qərarlar verilərkən inzibati məsuliyyət müəyyən edən qanunun normaları düzgün tədbiq edilməmişdir. Bununla da İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur. Odur ki, onun barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən yazılmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3 maddəsi ilə 300 manat cərimə olunmasına dair 19 avqust 2023-ci il tarixli, TP ******* saylı qərarın ləvğ edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan İİİ Tağım YPX İnspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş 19 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbrh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 15 saylı sorğuya cavab məktubundan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən 2015-ci ildən indiyədək X5 barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. İşdə olan Şəki ŞRPŞ-nin 28 sentyabr 2023-cü il tarixli, 3-13-109/2-25026/23 saylı sorğuya cavab məktubundan görünür ki, X5 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə, xx.xx.2023-cü il tarixdə İXM-nin 327.2-ci maddəsinin tələbini pozduğu üçün EQ- 16242506 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yoxlanılarkən onun barəsində qəbul edilmiş 6 (altı) ay müddətinə məhdudlaşdırılmaya xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi X5 İXM-nin 332.3-cü maddəsində göstərilən inzibati xətanı törədilməsi ehtimal edildiyinə görə 300 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. İşin araşdırılması ilə bağlı protokol və qərar qəbul etmiş orqana sorğu verilmiş, protokolun və qərarın çıxarılmasına səbəb olan hallar (sübutlar-fotoşəkil, videoçəkiliş, xəta törətmiş şəxsin izahatı) onlardan istənilmişdir. Beləliklə də inzibati orqan tərəfindən X3 yol verdiyi qayda pozuntusunu əks etdirən hər hansı fotoşəkili, videoçəkilişi, həmçinin onun izahatını əks etdirən ərizəsi məhkəməyə təqdim edilməmişdir. İXM-nə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanunvericiliyin yuxarıda sadalanan göstərişini nəzərə alaraq məhkəmə hazırkı iş üzrə şübhələri X3 xeyrinə şərh edir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Şəki ŞRPŞ-nə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yoxlanılarkən onun barəsində qəbul edilmiş 6 (altı) ay müddətinə məhdudlaşdırılmaya 19 avqust 2023-cü il tarixdə xitam verilməsi göstərilmişdir. Həmçinin Şəki Rayon Məhkəməsində 2015-ci ildən indiyədək X5 barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı qərar aşkar edilməmişdir. Göründüyü kimi əvvəllər sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərar X3 İXM-nin 332.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunduğu gün artıq xitam olunmuşdur. Ona görə də X3 əməlində İXM-nin 332.3-cü maddəsinin tərkibinin olması sübuta yetirilmir. Buna görə də İİİ Tağım YPX İnspektoru, polis serjantı X4 tərəfindən X3 barəsində qəbul edilmiş 19 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İİİ Tağım YPX İnspektoru, polis serjantı X4 tərəfindən X3 barəsində qəbul edilmiş 19 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-872/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-872/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver