Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-875/2023 26.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi X5 iştirakları ilə X1 Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin 09 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolundan və onun əsasınd qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 114.1.1-ci maddələri ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməyi ilə bağlı inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolu və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edərək cərimənin üzərindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, "Şəki Rayon Mərkəzi Xəstəxanası" X22 Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsində mühafizəçi işləyən X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram"ın 5-ci bölməsinin 5.4-cü bəndinin dördüncü abzasında göstərilən tədbirin icrasının davam etdirilməsinə köməklik göstərilməsi məqsədilə ərizə ilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən ərizəçiyə köməklik göstərmək əvəzinə əməldə inzibati məsuliyyət yaradacaq əlamətlərin olub-olmamasının araşdırılmasına başlanılmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi məqsədilə məlumatların və sənədlərin təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixli 3-17-5/2- 27438/2023 nömrəli məktubla "Şəki Rayon Mərkəzi Xəstəxanası" X24 müraciət edilmişdir. E.M.Camalovun müraciətində irəli sürülən məsələnin həlli ilə əlaqədar əvvəlcədən verilmiş sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-17/2-5073/2023 nömrəli cavab məktubuna əsasən əlilliyi olan işçilərin əmək haqqına əlavələr və onların məbləği işlədikləri müəssisənin əmək kollektivinin qərarı ilə müəyyən edilməlidir. Deməli, tədbir kimi əlilliyi olan işçilərin əməkhaqlarının digər işçilərə nisbətən artırılması haqqında qərarı özəl tibb müəssisələrinin əmək kollektivinin ümumi yığıncağı (konfransı) qəbul edir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" X26 tərəfindən normativ hüquqi aktla (qərarla) təsdiq edilmiş proqramda göstərilən tədbirin icrası üzrə metodiki köməklik göstərmək üçün xx.xx.2023-cü il tarixli PHS-6-71/2-537/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə müraciət olunmuşdur və həmin müraciət bu günədək cavablandırılmamışdır. Şikayətçi “Şəki Rayon Mərkəzi Xəstəxanası" X17 müdiri X8 rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan sonuncu məhkəmə iclasına gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması barədə də məhkəməyə vəsatət göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətçi “Şəki Rayon Mərkəzi Xəstəxanası" X17 müdiri X6 iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi X13 bildirmişdir ki, X12 ərizə ilə müraciət edərək "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-da mühafizəçi vəzifəsində işlədiyini və əmək hüquqlarının pozulmasını bildirmişdir. Müraciət edən şəxsin izahatı alınan zaman onun əsas iddiasının İİ qrup müharibə əlili olduğu üçün ona ödənilməli olan əməkhaqqının 25 faizi məbləğində əlavənin verilməməsi olmuşdur. Aparılan araşdırma zamanı alınmış izahatdan və təqdim edilmiş sənədlərdən müəyən olunmuşdur ki, "Şəki Rayon Mərkəzi Xəstəxanası" X26 ilə Şəki Şəhər Səhiyyə X4 Şurası arasında 2022-2024-cü illər üçün Kollektiv Müqavilə bağlanmış və həmin müqavilənin 5.2.8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı na əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasını təmin etməyi işəgötürən öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq iş materialarında olan 2023-cü ilin yanvar-iyun ayları üçün əmək haqqı üzrə hesablama cədvəllərindən çıxarışdanda göründüyü kimi, X10 yanvar, fevral, mart və aprel ayları üzrə əmək haqqqının 25 % miqdarında əlavələr ödənildiyi halda may və iyun aylarında əmək haqqqının 25 % miqdarında əlavə ödənilməmişdir. Törədilmiş hüquq pozuntusu əsasında “Şəki Rayon Mərkəzi Xəstəxanası" X17 müdiri X11 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək onun bərəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq, 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Onun izahatında göstərilənlərə və iş üzrə şikayətin əsaslı olmasına dair sübutların olmamasına əsaslanaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X14 Xidmətinin Şəki regional ərazi şöbəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Şəki rayon Mərkəzi Xəstəxanası” X17 direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" X26 ilə Şəki Şəhər Səhiyyə X4 Şurası arasında 2022-2024-cü illər üçün bağlanmış Kollektiv Müqaviləsindən görünür ki, həmin Müqavilənin 5.2.8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasını təmin etməyi işəgötürən öz üzərinə götürmüşdür 26 iyul 2023-cü il tarixli "Şəki Rayon Mərkəzi Xəstəxanası" X22 2023-cü ilin yanvariyun ayları üçün əmək haqqı üzrə hesablama cədvəllərindən çıxarışdan görünür ki, X10 yanvar, fevral, mart və aprel ayları üzrə əmək haqqının 25 % miqdarında əlavələr ödənildiyi halda may və iyun aylarında əmək haqqının 25 % miqdarında əlavə ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Şəki rayon Mərkəzi Xəstəxanası” X17 sorğusuna 22 may 2023-cü il tarixli, 3-17/2-5073/2023 nömrəli əlilliyi olan işçilərin əməkhaqqına əlavələr ilə bağlı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram"ın "Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi" bölməsinin 5.4-cü bəndində müəssisə və təşkilatlar tərəfindən 1994-cü ildən başlayaraq əmək kollektivlərinin razılığı ile kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi müəyyən edilmişdir. Göstərilən hissənin məzmunundan aydın olur ki, bu əlavələrin, o cümlədən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının ise 20-25 faiz artırılmasının verilməsi üçün onların işlədikləri əmək kollektivinin razılığı tələb olunur. Bununla yanaşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əlilliyi olan şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Göstərilənlərə əsasən qeyd olunan kateqoriyadan olan işçilərin əmək haqqına əlavələr və onların məbləği işlədikləri müəssisənin əmək kollektivinin qərarı ilə müəyyən edilir və müvafiq müddəanın müəssisənin kollektiv müqaviləsində əks olunması qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 01 iyun 2023-cü il tarixli, PHŞ-6-71/3-1-657/2023 nömrəli “əlilliyi olan şəxslərin (işçilərə) əlavələrin ödənilməsinin dayandırılması və bərpa edilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramı"ının 5.4-cü bəndinin dördüncü abzasında və "Şəki Rayon Mərkəzi Xəstəxanası" X26 və Şəki Şəhər Səhiyyə X4 Şurası arasında 2022-2024cü illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.2.8-ci yarımbəndində göstərilmiş müəssisədə çalışan əlilliyi olan şəxslərin (işçilərin) əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən artırılmasının təmin edilməsi məqsədilə onlara müvafiq əlavələrin ödənilməsi əmək kollektivinin qərarları ilə rəsmiləşdirlmədiyinə görə dayandırılması əmr edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 05 sentyabr 2023-cü il tarixli, 18-1-71/3-1-1337/2023 nömrəli “əlilliyi olan şəxslərin (işçilərə) əlavələrin ödənilməsinin dayandırılması və bərpa edilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlillərin probilemləri üzrə kompleks praqram”nın 5.4-cü bəndinin dördüncü abzasında və "Şəki Rayon Mərkəzi Xəstəxanası" X26 və Şəki Şəhər Səhiyyə X4 Şurası arasında 2022-2024cü illər üzrə bağlanmış Kollektiv Müqavilənin 5.2.8-ci yarımbəndində göstərilmiş müəssisədə çalışan əlilliyi olan şəxslər (işçilərin) əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən artırılmasının təmin edilməsi məqsədilə onlara müvafiq əlavələrin ödənilməsinin dayandırılması barədə 01 iyun 2023-cü il tarixli PHŞ-6-71/3-1-657/2023 nömrəli əmrİN 05 sentyabr 2023-cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 11 sentyabr 2023-cü il tarixli, 18-1-71/3-1-1374/2023 nömrəli “əlilliyi olan şəxslərin (işçilərə) əlavələrin ödənilməsinin dayandırılması və bərpa edilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramı"nın 5.4-cü bəndi və "Şəki Rayon Mərkəzi Xəstəxanası" X26 və Şəki Şəhər Səhiyyə X4 Şurası arasında 2023-2025-ci illər üzrə bağlanmış Kollektiv Müqavilənin 5.2.8-ci yarımbəndində göstərilmiş müəssisədə çalışan əlilliyi olan şəxslər (işçilərin) İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10 faiz, İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20 faiz artırılmasının təmin edilməsi məqsədilə onlara müvafiq əlavələrin ödənilməsi 08 sentyabr 2023-cü il tarixdən bərpa edilməklə tutulmuş əlavə faizlərin geri qaytarılması əmr edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlillərin probilemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarın 5.4-cü bəndində göstərilir ki, əmək kollektivlərinin razılığı ile kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi müəyyən edilmişdir. Məhkəmə şikayətçinin şikayət ərizəsini nəzərdən keçirib, qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdırmaqla hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X12 əmək müqaviləsi ilə "Şəki Rayon Mərkəzi Xəstəxanası" X18 mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. X12 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramı"nın 5.4-cü bəndinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların gəlirlərin müntəzəm artırılmasını təmin etmək məqsədilə verilən bu qərarına əsasən əmək haqqqının 25 % miqdarında əlavənin ödənilməməsini bildirərək X14 Xidmətinin Şəki regional ərazi şöbəsinə müraciət etmişdir. X14 Xidmətinin Şəki regional ərazi şöbəsində araşdırma aparılaraq "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin müdiri X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə təqsirli bilərək 1000 manat inzibati cərimə etmişdir. X2 qərarı əsassız hesab edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, X14 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən "Şəki Rayon Mərkəzi Xəstəxanası" X17 işçisi X7 İİ qrup müharibə əlili olduğu üçün ona ödənilməli olan əməkhaqqının 25 faizi məbləğində əlavənin verilməməsi ilə əlaqədar müraciəti araşdırılmış, aparılan araşdırma zamanı alınmış izahatdan və təqdim edilmiş sənədlərdən “Şəki Rayon Mərkəzi Xəstəxanası" X17 müdiri X11 tərəfindən Elçin Camalovun əməkhaqqı 2023-cü ilin may-iyun aylarında düzgün hesablanmadığı və ödənilmədiyi məlum olmuşdur. Həmçinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" X26 ilə Şəki Şəhər Səhiyyə X4 Şurası arasında 2022-2024-cü illər üçün bağlanmış Kollektiv Müqavilənin 5.2.8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasını təmin etməyi işəgötürən öz üzərinə götürmüşdür. Lakin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən Kollektiv Müqaviləsinin 5.2.8-ci yarımbəndində göstərilmiş tələb pozularaq 01 iyun 2023-cü il tarixli, PHŞ-6-71/3-1- 657/2023 nömrəli “əlilliyi olan şəxslərin (işçilərə) əlavələrin ödənilməsinin dayandırılması və bərpa edilməsi haqqında” əmrinə əsasən əlavələrin ödənilməsi əmək kollektivinin qərarları ilə rəsmiləşdirilmədiyinə görə dayandırılmış və bundan sonra verilmiş 11 sentyabr 2023-cü il tarixli, 18-1-71/3-1-1374/2023 nömrəli əmrlə müvafiq əlavələrin ödənilməsi 08 sentyabr 2023-cü il tarixdən bərpa edilməklə tutulmuş əlavə faizlərin geri qaytarılması əmr edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən 11 sentyabr 2023-cü il tarixli, 18-1-71/3-1-1374/2023 nömrəli əmrin verilməsi, bir daha sübut edir ki, həqiqətən də Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 01 iyun 2023-cü il tarixli əmrinə əsasən əməkhaqqının 25 % miqdarına əlavənin verilməsi əsassız olaraq dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, X6 barəsində tərtib edilmiş 18 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X11 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin həmin dəlilini də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə də, təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolun və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-875/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-875/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver