Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-876/2023 01.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X11 iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, avtoyuma məntəqəsində işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı. xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 07 yanvar 2019-cu il tarixdən hesablənmaola 29 dekabr 2016-cı il təvəllüdlü X6 və 29 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli 07 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)-629/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 29 dekabr 2016-cı il təvəllüdlü X6 və 29 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər uşağa 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pu məbləğində aliment tutularaq X2 verilməlidir. X4 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)-1325/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 25 mart 2020-ci il tarixli müqaviləyə əsasən «Dell İnspiron» markalı kompüter üçün 1217 manat ödənilməmiş hissə və 121 manat cərimə olmaqla cəmi 1338 manat və 30 manat dövlət rüsumu borclu Şəxs alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1744/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1020 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı. xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 07 yanvar 2019-cu il tarixdən hesablənmaola 29 dekabr 2016-cı il təvəllüdlü X6 və 29 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli 07 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)-629/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 29 dekabr 2016-cı il təvəllüdlü X6 və 29 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay hər uşağa 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pu məbləğində aliment tutularaq X2 verilməlidir. X4 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)-1325/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 25 mart 2020-ci il tarixli müqaviləyə əsasən «Dell İnspiron» markalı kompüter üçün 1217 manat ödənilməmiş hissə və 121 manat cərimə olmaqla cəmi 1338 manat və 30 manat dövlət rüsumu borclu Şəxs alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1744/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1020 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq 14 may 2019-cu il, 19 noyabr 2020-ci il, 17 may 2021-ci il və 06 sentyabr 2021-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 qun müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən era edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarıla edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası am olaraq təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs xəbərdarlıq göndərilərək ondan icra sənədləri üzrə borcun ödəniln əsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu aliment pulundan az miqdarda ödənişlər edirək bununla kifayətlənmişdir. Eyni zamanda tərəfimizdən borclu Şəxs adına banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi daşınar və ya daşınmaz əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldi əsi əmlakının olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs Bakı şəhərində fəaliyyət göstərən Azemaf MMC-də işlədiyi müəyyən edilmiş və 02 mart 2020-ci il tarixində borcluya hesablanan əmək haqqından hər ay 70 % (yetmiş) həcmində aliment öhdəliyi üzrə tutulması üçün 3468/7 saylı, xx.xx.2020-ci ıl tarixli təklif məktubu göndərilmişdir. İcra sənədi üzrə tələbkar X9 13 mart 2020-ci il tarixdə ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək aliment hesablandığı tarixdən ona heç bir ödəniş edilmədiyini, həmçinin 3360 (üç mni üç yüz altmış) manat məbləğində aliment borcunun yarandığını bildirmiş və onun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra sənədində borclu Şəxs ünvanı ünvan 3 tədbirləri nəticəsində borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbnləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu Şəxs barəsində 08 iyul 2019-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər- rayon Polis Şöbəsinə göndərilmişdir. 08 may 2020-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə gətirilən borcludan aliment borcunun ödənilməsi tələb edilmişdir Lakin borclu icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinin tələbləri əsasında inzibatı xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Sək: Rayon Məhkəməsinin 3(075)-250/2020 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbs müddəti başa çatdıqdan sonra borclu yenidən şöbəyə dəvət edilmiş, borcun ödənilməsi barədə onunla söhbətlər aparılmış, izahatı alınmış, icra sənədinin icrası üçün una məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilmişdir. Borclu həmin tarixdən sonra ümumilikdə tələbkarın xeyrinə 240 manat pul vəsaitinin ödənilməsini təmin etmiş, 3840 manat aliment borcu isə ödənilmədən qalmışdır. Şəki Rayon Məhkəməsinin 8(075)- 135/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən borclunun 15 iyul 2020-ci il tarixdən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X14 Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə müraciət edərək yaranmış aliment borcunun ödənilməsi istiqamətində borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə 08 oktyabr 2020-ci il tarixdə onun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün Şəki Şəhər- Rayon Polis şöbəsinə göndərilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə 820569 saylı axtarış işi açılmışdır. Şəki rayonu uzrə icra və probasiya şöbəsinə 'Azemat" MMC-dən daxil olmuş 11 noyabr 2020-ci il tarixli rəsmi məlumata əsasən borcluya hesablanan əmək haqqından cəmi 84C manat məbləğində pul tutularaq tələbkarın hesabına ödənildiyi, xx.xx.2020-cı ıl tarixdən isə onun işdən azad edildiyi müəyyən edilmişdir. Tərəflərindən borclu Şəxs barəsində axtarış işinin sürətləndirilməsi üoün tədbirlər görülməsi məqsədilə xx.xx.2021-ci il və xx.xx.2021 -ci il tarixlərdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məktub ünvanlanmışdır. Borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə təkrar sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. 22 iyul 2021-ci il tarixində borclu Şəki Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə icra və probasiya Şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə bofdu tələbkarın xeyrinə aliment borcundan 2500 manat məbləğində pul ödəmiş və qalıq borcun ödənilməsi barədə tələbkarla qarşılıqlı razılığa gəlmişdir. Eyni zamanda tələbkar xx.xx.2021-ci il tarixdə ərizə ilə Şəki rayonu üzrə icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək aliment borcunun hissə-hissə ödənilməsinə etiraz etmədiyini və icra sənədi üzrə aparılan məcburi icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. Tərəflərindən icra sənədi üzrə icraat 27 iyul 2021-ci il tarixli qərarla dayandırılmışdır. 08 sentyabr 2021-ci il tarixdə tələbkar yenidən ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən aralarında olan razılığa əməl edilmədiyini bildirmiş və borclu barəsində məcburi icra tədbirlər nin davam etdirilməsini xahiş etmişdir. Həmin tarixdə icra sənədi üzrə icraat təzələnmiş, borcluya rəsmi xəbərdarlıq göndərilərək aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin boıclu icra sənədi üzrə aliment borcundan heç bir ödəniş etməmiş və icra məmurunun çağırışına gəlməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə 28 sentyabr 2021-ci il tarixdə onun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmiş və 09 oktyabr 2021-ci il tarixdə 821244 saylı axtarış işi açılmışdır. 30 dekabr 2021-ci il tarixində borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki rayonu üzrə icra və probasiya Şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə borclu barəsində inzibati protokol tərtib edidiyi zaman borclu icra məmuruna məlumat vermədən icra və probasiya şöbəsinin inzibati binasını özbaşına tərk etmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə 13 yanvar 2023-cü il tarixdə onun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu tərəfindən bugünədək 3500 manat pulun tələbkarın xeyrinə ödənilməsi təmin edilmişdir. Hazırda Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, 14 may 2019-cu il tarixli icra sənədi üzrə aliment borcu 3220 manat və Şəki Rayon Məhkəməsinin 2(075)-629/2021 saylı, 14 aprel 2021-cı il tarixli icra sənədləri üzrə aliment borcu 6760 manat olmaqla, ümumilikdə aliment borcu bu günə 9980 (doqquz min doqquz yüz səksən) manat təşkil edir. Şəki Rayon Məhkəməsinin 2(075)-1325/2021 saylı, 26 iyul 2021-ci il tarixli və Şəki Rayon Məhkəməsinin 2(075)-1744/2020 saylı 06 noyabr 2020-ci il tarixli icra sənədləri üzrə bugünədək heç bir ödəniş etməmişdir. Bununlada icra sənədləri üzrə tələbin icrası uzun müddət ərzində borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 31 avqust 2023-cü il tarixdə saat 08:00-da polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-440/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 07 yanvar 2019-cu il tarixdən hesablanmaqla 29 dekabr 2016-cı il təvəllüdlü X6 və 29 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. Ondan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli 07 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)- 629/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 29 dekabr 2016-cı il təvəllüdlü X6 və 29 dekabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pu məbləğində aliment tutularaq X2 verilməlidir. Ondan 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulmasının əvvəli 16 may 2021-ci il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsinin 2(075)-1325/2021 saylı, 26 iyul 2021-ci il tarixli icra sənədinə əsasən 25 mart 2020-ci il tarixli müqaviləyə əsasən «Dell İnspiron» markalı kompüter üçün 1217 manat ödənilməmiş hissə və 121 manat cərimə olmaqla cəmi 1338 manat və 30 manat dövlət rüsumu ondan alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1744/2020 saylı, 06 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1020 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədindən məlumatı vardır. Bildirmişdi ki, o, icra sənədlərində göstərilən aliment borcundan 3500 manat məbləğdə ödəniş etmişdir. Son iki ildə alimenti vaxtaşırı ödəyə bilmir. Bildirmişdir ki, onun icra sənədlərində göstərilən borclarını tam olaraq ödəməyə maddi imkanı yoxdur. Tələbkarla razılığa gələ bilsə, hər ay 400 manat olmaqla hissə-hissə ödəniş edəcəkdir. O, təzəlkcə avtoyuma məntəqəsində işə başlamışdır. Bakı şəhərində o, kirayə ünvanda yaşayır. Aylıq 300 manat məbləğdə kirayə pulu ödəyir, bundan başqa 30 manat komunal xərc ödəyir. Əlavə olaraq bildirdi ki, o, 31 avqust 2023-cü il tarixdə saat 08:00-da polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 17:00da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 Məhəmməd Xalid oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 31 avqust 2023cü il tarixdə saat 08:00-da polis əməkdaşları tərəfindən saxlanılmış daha sonra məcburi qaydada polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 31 avqust 2023-cü il tarixdən, saat 08:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılması, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 31 avqust 2023-cü il tarixdən, saat 08:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 31 avqust 2023-cü il tarixdən, saat 08:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-876/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-876/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver