Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-879/2023 04.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmuru X14 oğlunun, Zərərçəkmiş şəxs X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1963-cü ildə Ağdərə rayonu, Sırxavən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2ci qrup əlil, Ağdərə rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla, Şəki rayonu, Cəfərabad kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki rayon İcra və Probasiya çöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 04 sentyabr 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(075)-6/2023 nömrəli və xx.xx.2022-ci il tarixli, 2(075)-17/2022 nömrəli icra sənədlərinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Şəki şəhəri Şəki Rayon Məhkəməsinin 2(075)-17/2022-031 saylı, xx.xx.2022-ci tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs və X13 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24 sentyabr 2020-ci il tarixli, **********35 reyestr nömrəli çıxarışla X6 Şəki rayonunun Cəfərabad kəndində icarəsinə verilmiş 14 ha torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Şəxs və X8 alınaraq dövlət büdcəsinə (AZ.MEM. VÖEN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti və ondan sonrakı müddət ərzində tələbin Şəki Rayon Məhkəməsinin 2(075)-6/2023-039 saylı, xx.xx.2023-cü tarixli icra icrası təmin edilməmişdir. İcra sənədinə əsasən cavabdeh Şəxs 25 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışla iddiaçılar X5, X9 və Əliyeva (Cəfərova) Təranə Zakir qızının Ümumi birgə mülkiyyətlərində olan 0.8964 hekat torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə tikintitexniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh Şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti və ondan sonrakı müddət ərzində tələbin icrası təmin edilməmişdir. Borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası məqsədilə bir neçə dəfə icra prosesi təyin olunmuş, lakin borclu tərəfindən icra sənədi icra olunmamışdır. Borcluya bir neçə dəfə xəbərdarlıq olunmuş, icra sənədinin icrası tələb olunmuş, şöbəyə çağırılmışdır. Lakin borclu xəbərdarlıqlara məhəl qoymamış, icra sənədi üzrə tələbi yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Borlcu çağırışlara gəlmədiyindən məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, çağırışa gəlməmiş. Belə olan halda borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təmin olunmuşdur. Borclu bu gün şöbədə olarkən bir daha icra sənədinin icrası tələb olunmuş, borclu izahatında torpağa çəkdiyi xərc və ödədiyi pul ona ödənilmədiyi halda torpaqdan çıxmayacağını bildirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədlərindən məlumatı vardır. Qeyd olunan torpaq sahəsi onun tərəfindən zəbt olunmamışdır. Həmin torpaq sahəsinə onun mal-qarası daxil olmuşdur. Hal-hazırda mal-qarasınıda orada çıxarmağa razıdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərəçəkmiş şəxs X12 izahat verərək bildirdi ki, Şəxs ona məxsus olan torpaq sahəsindən çıxıb heyvanlarını həmin sahədə bir daha otarmayacağı barədə söz verdiyindən barışmışlar. Gələcəkdə belə bir hal yaranarsa yenidən məhkəməyə müraciət edəcəkdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Saleh Vəli oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 2(075)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X13 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24 sentyabr 2020-ci il tarixli, **********35 reyestr nömrəli çıxarışla X6 Şəki rayonunun Cəfərabad kəndində icarəsinə verilmiş 14 ha torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Şəxs və X8 alınaraq dövlət büdcəsinə (AZ.Mem. VÖEN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22) hesaba ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-6/2023-039 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 25 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışla iddiaçılar X5, X9 və Əliyeva (Cəfərova) Təranə Zakir qızının Ümumi birgə mülkiyyətlərində olan 0.8964 hekat torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh Şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İcraata başlama haqqında 13 iyul 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İcraata başlama haqqında 04 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-6/2023-039 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. Borclunun məcburi gətirilməsi haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs oğlnun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 8(075)-103/2023 saylı, 03 iyul 2023-cü il tarixli qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-17/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla, Şəki rayonu, Cəfərəbad kəndində yaşayan Şəxs məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərtib olunmuş protokolun qanuni əsasının, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinmayə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Şəxs tərəfindən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və icra məmurunun ifadələrini dinləyib hesab edir ki, Şəxs barəsində olan icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Həmçinin tələbkar X12 məhkəmə iclasında borclu ilə aralarında razılaşma olduğunu bildirmiş, Şəxs barəsində tənbeh tədbiri görülməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təsdiq olunmadı. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində 04 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-879/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-879/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver