Məhkəmə qərarları › İş №3(075)-88/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-88/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-88/2021 23.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-nin haqqında Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən Şəki Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, müəyyən etdim: Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinın Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən 03 fevral 2021-ci il tarixdə tərtib edilmiş 11000-0142/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından 23 yanvar 2021-ci il tarixdə “Mazımçay” kömrük postundan keçməklə CT6180PB/Y0560EK nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş 406000 ədəd “Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri” yükü 25 yanvar 2021-ci il tarixli, **********2108 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki kömrük poçtuna bəyan edilmişdir. Qeyd edilən Kömrük bəyamnaməsinin və digər sənədlərin araşdırması zamanı məlum olmuşdur ki, Şəxs-nin ünvanına CT6180PB/Y0560EK nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar kömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs-nə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi və Şəxs nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinın və Şəxs-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl də elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İş materiallarından göründüyü kimi Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından 23 yanvar 2021-ci il tarixdə “Mazımçay” kömrük postundan keçməklə CT6180PB/Y0560EK nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş 406000 ədəd “Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri” yükü 25 yanvar 2021-ci il tarixli, **********2108 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki kömrük postuna bəyan edilmişdir. Qeyd edilən Kömrük bəyamnaməsinin və digər sənədlərin araşdırması zamanı məlum olmuşdur ki, Şəxs-nin ünvanına CT6180PB/Y0560EK nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar kömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinın Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən Şəxs-nin barəsində Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsi ilə 03 fevral 2021-ci il tarixdə 11000-0142/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməklə, barəsində tərtib edilmiş protokola hər hansı bir şəkildə münasibət bildirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiaları ilə tam təsdiq olundu. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-88/2021 23 fevral 2021-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə (Gəncə şəhəri, Abbas Səhhət küçəsi 72) Şəxs-nə (Şəki rayonu, Orta Zəyzid kəndi) Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 3 (075)-88/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hörmətlə, Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar