Məhkəmə qərarları › İş №3(075)-88/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-88/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-88/2022 14.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan Şəki rayonu, Oxud kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4161 saylı, 08.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 314,41 manat kredit borcu və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Şəki rayon Məhkəməsinin 2(075)-941/2021 saylı, 25.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 739 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 769 manat alınaraq “ABC Telekom" MMC-nə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4161 saylı, 08.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 314,41 manat kredit borcu və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi 09.04.2021-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və icra məmuru Kəmalə Vəliyevanın icraatına verilmiş, qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmiş, lakin icra sənədi borclu tərəfindən icra olunmamışdır. Bundan başqa Şəki rayon Məhkəməsinin 2(075)-941/2021 saylı, 25.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 739 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 769 manat alınaraq “ABC Telekom" MMC-nə ödənilməlidir. İcra sənədi 02.06.2021-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və icra məmuru Kəmalə Vəliyevanın icraatına verilmiş, qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmiş, lakin icra sənədi borclu tərəfindən icra olunmamışdır. Borclunun yeri məlum olmadığı üçün Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisinin 8İ-4161 saylı, 08.04.2021-ci il tarixli icra sənədi üzrə borclu 30.06.2021-ci il tarixdə axtarışa verilmiş, borclu barəsində axtarış işi açılmışdır. Borclu 03.11.2021-ci il tarixdə tapılaraq Şəki rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Şəki rayon İcra və Probasiya şöbəsində izahatı alınmış, izahatında 1 ay müddətində borcunu ödəyəcəyini bildirsə də heç bir ödəniş etməmişdir. Şəki rayon Məhkəməsinin 2(075)-941/2021 saylı, 25.05.2021-ci il tarixli icra sənədi üzrə də borclu 03.11.2021-ci il tarixdə izahat vermiş, bir il müddətində borcunu ödəyib başa çatdıracağını bildirsə də ümumiyyətlə heç bir ödəniş etməmişdir. Borcu sonradan şöbəyə gəlmədiyi, yeri məlum olmadığı üçün 05.01.2022-ci il tarixdə axtarışa verilmişdir. Borclu 14.02.2022-ci il tarixdə polis tərəfindən şöbəyə gətirildi, şöbədə olarkən borclarının ödənilməsi tələb olundu, lakin borclu borclarını ödəməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, borclunun ünvanında tələb yönəldiləcək əmlak aşkar edilməmişdir. Borclu Şəxs 14.02.2022-ci il tarixdə borclarını iş qəbul olunduqdan, işlədikdən sonra ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-4161 saylı, 08.04.2021-ci il tarixli icra sənədinə əsasən ondan 314,41 manat kredit borcu və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Bundan başqa Şəki rayon Məhkəməsinin 2(075)-941/2021 saylı, 25.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan 739 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 769 manat alınaraq “ABC Telekom" MMC-nə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Həm maddi imkanı aşağı olduğu üçün, həm də rəsmi iş yeri olmadığı üçün borcunu ödəyə bilməmişdir. Bildirmişdir ki, heç bir icra sənədi üzrə borcundan ödəniş etməmişdir. Hazırda Bakı şəhərində bina tikintisində fəhlə işləyir. Aylıq 650 manat məbləğdə əmək haqqı vardır. Borcunu 07 mart 2022-ci il tarixdə əmək haqqını aldıqdan sonra ödəyəcəyəyini bildirmişdir. İcra məmurunun çağırışlarından xəbəri olmuş, ancaq maddi imkanı olmadığı üçün icra məmurunun çağırışlarına gələ bilməmişdir. Axtarışda olduğundan isə Baki şəhərində polislər tərəfindən saxlanılmış və Şəki polislərinə təhvil verilmişdir. Bu gün yəni 14.02.2022-ci ildə saat 10:00-da polis əməkdaşları tərəfindən, 14.02.2022-ci il tarixdə 10:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra isə saat 17:00-da məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 14 fevral 2022-ci il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 14 fevral 2022-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 14 fevral 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 14 fevral 2022-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar