Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-89/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 11000-0140/21 saylı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 11000-0140/21 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəki rayonu Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından xx xxxxxx 2021-ci il tarixdə “Mazımçay” gömrük postundan keçməklə CT5698CM/C8433EC nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 512000 ədəd "Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri" yükü xx xxxxxx 2021-ci il tarixli, **********2161 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki gömrük postunda bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs-nin ünvanına CT5698CM/C8433EC nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə xx xxxxxx 2021-ci il tarixli, 11000- 0140/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi və Şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikasının İXM-nin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 11000-0140/21 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəki rayonu Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs-nin ünvanına Bolqarıstan Respublikasından xx xxxxxx 2021-ci il tarixdə “Mazımçay” gömrük postundan keçməklə CT5698CM/C8433EC nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 512000 ədəd "Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri" yükü xx xxxxxx 2021-ci il tarixli, **********2161 saylı gömrük bəyannaməsi tərtib edilərək Şəki gömrük postunda bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs-nin ünvanına CT5698CM/C8433EC nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, xx xxx 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin etibarnamə üzrə nümayəndəsi X1 xx xxxxxx 2021-ci il tarixli izahatında Şəxs-nin ünvanına xx xxxxxx 2021ci il tarixdə CT5698CM/C8433EC nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş 512000 ədəd "Açıq kök sistemilə Lavanda bitkisinin şitilləri" yükünə İxracatçı şirkət tərəfindən yükün nə vaxt yüklənərək Azərbaycan Respublikasına yola salınması barədə məlumat verilmədiyi, nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə yarada bilmədikləri üçün MMC tərəfindən mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-89/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-89/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver