Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-892/2023 15.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki rayonu YPX inspektoru polis baş serjantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla Şəki şəhərində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 334.1-ci maddələri ilə məhkəməyə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu YPX inspektoru polis baş serjantı X9 tərəfindən tərtib edilmiş, 11 sentyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protkoldan görünür ki, Şəxs tərəfindən araməsafəsi qaydalarının pozulması, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, həmçinin yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsünün yol nəqliyyat haqdisəsi yerindən yayınması halına yol verilmiş və onun barəsində inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddələr ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Əgər Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinin tələbləri pozulmuşdursa, o zaman YPX əməkdaşı özü qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki rayonu YPX inspektoru polis baş serjantı X9 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, o, 11 sentyabr 2023cü il tarixdə xidmətdə olduğu zaman Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ünvanında saat 18:40 radələrində Şəxs idarə etdiyi Muravey markalı nəqliyyat vasitəsilə X4 idarə etdiyi Mercedes-Benz C 180 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuşdur. O, hadisə yerinə getdikdə Muravey markalı nəqliyyat vasitəsini idarə edən Şəxs hadisə yerində olmadığını görmüşdür. X8 ona Şəxs sərxoş vəziyətdə qəza törətdiyini və hadisə yerindən uzaqlaşdığını demişdir. Hadisə baş verən vaxtdan təxminən 25 – 30 dəqiqə sonra o, Şəxs yaşadığı ünvana getmişdir. Bildirmişdir ki, alkotester vasitəsilə yoxlama zamanı məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. Göstərmişdir ki, Muravey markalı nəqliyyat vasitəsini idarə edən Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ara məsafəsi saxlamadığı digər nəqliyyat vasitəsinə sağ tərəfdən ötmə əməliyyatı etdiyi üçün qəza baş vermişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə ona məxsus olan muravey markalı nəqliyyat vasitəsi ilə Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində hərəkət edərkən qarşısında hərəkətdə olan Mercedes-Benz C 180 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında hərəkəti dayandırmış, o da idarə etdiyi nəqliyyat vasitəsinin əyləcini basaraq saxlamaq istəmişdir. Lakin idarə etdiyi nəqliyyat vasitəsi sürüşmüş Mercedes markalı minik avtomobilin sağ qabaq küncündən dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Lakin hər iki nəqliyyat vasitəsinə yüngül maddi zərər dəymişdir. O, düşüb Mercedes markalı minik avtomobilin sürücüsü ilə danışmış, razılaşdıqdan sonra özünə məxsus muravey markalı nəqliyyat vasitəsini sürüb getmişdir. Sonrada YPX əməkdaşları onu evdən götürərək polis şöbəsinə aparmışlar. Alkotestirlə yoxlandığı zaman onun sərxoş olduğu məlum olmuşdur. Bildirmişdir ki, o axşam yeməyi yeyən zaman spirtli içki olan araq qəbul etmişdir. Nəqliyyat vasitəsini idarə edən zaman sərxoş olmamışdır. Sonradan qəzadan sonra evə gəlib 100 qram spirtli içki olan araq qəbul etmişdir. Maddi imkanı aşağıdır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli, Jupiter X markalı alkotesterin rəindən görünür ki, yoxlama zamanı Şəxs 0.588% sərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli, Jupiter X markalı alkotesterin rəindən görünür ki, yoxlama zamanı X1 halı aşkar edilməmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və məhkəməyə daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı və iş materialları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman içkili olmamasını, hadisədən sonra evdə işməsini dair izahatına məhkəmə tənqidi yanaşır və İsaqovun məsuliyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-892/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-892/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver