Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-894/2023 04.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X15 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X7 tərəfindən barəsində İXM-nin 555.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişiliyi Xidmətinin X4 23 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun, həmin protokol əsasında qəbul edilmiş 30 avqust 2023-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, rəhbərlik etdiyi Zaqatala Regional qaz istismarı İdarəsi “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Oğuz, Şəki, Qax, Zaqatala və Balakən qaz istismarı sahələrinin maddi texniki bazasında ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/141000/01/SM-04-000008 nömrəli əmrinə əsasən yaradılmışdır. Zaqatala RQİİnin tabeçiliyində olan Oğuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə 11 fevral 2019-cü il tarixli 03 saylı əmək müqaviləsi bağlanılmaqla RQİİ-nin 11 fevral 2019-cu il tarixli 18-K saylı əmrinə əsasən 01 avqust 1993-cü il təvəllüdlü Oğuz rayon sakini X11 işə qəbul edilmişdir. X11 15 noyabr 2022-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi “VAZ 2107” markalı şəxsi avtomobili ilə Xaçmaz kəndinə gedərkən həmin yolda Oğuz rayonu, Sincan kəndi istiqamətində hərəkətdə olan vətəndaş X9 idarə etdiyi “MTZ-82.1” markalı 48T500 dövlət qeydiyyat nişanlı traktorla toqquşmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisənin baş verdiyi həmin ərazidə onunla birgə işləyən hər hansı bir əməkdaş olmamış, ətrafdakı insanlar dərhal hadisə yerinə yaxınlaşmış və təcili tibbi yardıma məlumat vermişlər. Hadisədən bir müddət sonra “Azəriqaz” X1 istismarı İdarəsinin Oğuz xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin rəisi X18, texnik X19, çilingər X26 avtoqəzanın baş verdiyi yerə gəlmişlər. “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-in Qəbələ rayon şöbəsindən təqdim edilmiş 05 fevral 2022-ci il tarixli 01/2023 nömrəli məktubda X5 ölümünə səbəb 15 noyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı “baş beyin toxumasının ağır dərəcəli əzilməsi” xəsarəti olduğu, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etdiyi, onun meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və digər güclü təsir edici maddələr aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Oğuz Rayon Polis Şöbəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli 3-13- 101/2-1231/2023 saylı məktubda 15 noyabr 2022-ci il tarixli ********* iş nömrəli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarında 15 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində sürücü 1965-ci il təvəllüdlü X17 etibarnamə ilə idarə etdiyi “MTZ- 82.1” markalı 48T500 dövlət qeydiyyat nişanlı traktor ilə Oğuz rayonu Xaçmaz kəndinən Oğuz rayonu Sincan kəndi istiqamətində saatda 10 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə oları VAZ 2107 markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, nəticədə VAZ 2107 markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü X11 aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli 8/3470 saylı ekspert rəyində VAZ 2107 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 və “MTZ-82.1” markalı 48T500 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğunu və onların həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar DƏMX-nin X7 tərəfindən araşdırma aparılmış, iş üzrə materiallar toplanmış və araşdırmanın nəticələrinin təhlili ilə əlaqədar müvafiq komissiya yaradılmışdır. Sonda isə DƏMX-nın X7 Zaqatala RQİİ-nin rəisi kimi X12 Azərbaycan Respublikası İXM-nin 555.3cü maddəsi ilə təqsirli hesab edərək barəsində 23 avqust 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında 30 avqust 2023-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə 2200 (iki min iki yüz) manat həcmində inzibati cərimə etmişdir. Göstərmişdir ki, DƏMX-nin X4 23 avqust 2023cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilməsi, həmin protokol əsasında 30 avqust 2023-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın çıxarılması üçün inzibati xəta üzrə icraatın aparılmasında və rəsmiləşdirilməsində qanunvericiliyin tələbləri pozduğundan inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati icraata xitam verilməlidir. Göründüyü kimi onun inzibati məsuliyyətə cəlb edilməyi üçün onun hərəkətlərində inzibati xətanın olmasını əsaslandırılacaq kifayət qədər sübutun olması lazımdır. Zaqatala RQİİ-nin Oğuz Xidmət Sahəsinin çilingəri oğlmuş mərhum X6 15 noyabr 2022-ci il tarixdə Xaçmaz Sincan yolunda baş vermiş hadisə zamanı onun əmək funksiyalarını yerinə yetirməsi və bu zaman hadisənin baş verməsi ilə bağlı sübut edəcək dəlil mövcud deyildir. İş materiallarından da göründüyü kimi hadisə baş verən zaman onun yanında iş yoldaşı və ya digəri olmamış, hadisənin məhz iş icrasını yerinə yetirərkən baş verdiyini ifadə edəcək şahidlər mövcud deyildir. Bildirmişdir ki, o, Ağsu RQİİ-nin QSAİMŞnin mühəndisi vəzifəsində işləyir və işəgötürən qismində və ya müəssisənin işləri ilə bağlı əlavə işçilərin işə cəlb edilməsi səahiyyətləri ümumiyyətlə onun vəzifə təlimatında tənzimlənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli 8/3470 saylı ekspert rəyindən də göründüyü kimi, hadisə hər iki sürücünün təqsiri üzündən baş vermiş, VAZ 2107 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 və “MTZ-82.1” markalı 48T500 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğunu və onların həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Odur ki, Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişiliyi Xidmətinin X4 23 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun, həmin protokol əsasında qəbul edilmiş 30 avqust 2023-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X2 iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X23 izahat verərək hazırki işin baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Azəriqaz” İB-nin Zaqatala RQİ-nin işçisi olmuş X5 xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində ölümü ilə nəticələnən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra həmin müəssisənin rəisi olmuş X16 tərəfindən Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq müvafiq akt tərtib edilmədiyi üçün onun barəsində İXM-nin 555.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 İXM-nin 555.3-cü maddəsinin tələblərini pozduğuna görə 2200 manat məbləğdə cərimə edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X2 qeydiyyat ünvanı ünvan 1ilmişdir. Ona görə də, hazırkı inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsi tərəfindən deyil, X2 qeydiyyat ünvanına əsasən aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi hazırkı inzibati xəta haqqında işə baxılması ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinin deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İXM-nin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdırıb bu nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X7 tərəfindən barəsində İXM-nin 555.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti X7 tərəfindən barəsində İXM-nin 555.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-894/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-894/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver