Məhkəmə qərarları › İş №3(075)-896/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-896/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-896/2023 18.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkili) Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 05 avqust 1984-cü il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, Şəki rayonu, Baş Layısqı kəndində qeydiyyatda olmaqla həmin ünvaqnda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 18 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 04 sentyabr 2023-cü il tarixdə, saat 15:00-da radələrində Şəki rayonu, Aşağı Layısqı kəndində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə Şəki rayonu, Aşağı Layısqı kəndində yaşayan Zərərçəkmiş şəxs Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək, 04 sentyabr 2023-cü il tarixdə Yusif adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında hadisənin baş verdiyi Şəki rayonu, Aşağı Layısqı kəndində yerləşən Qəbələ marketin yaxınlığına iştirakçı və hal şahidlərinin birgə iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib olunmuş müvafiq protokola əlavə edilmişdir. Həmçinin, ərazidə olan müşahisə kamerasından hadisənin görüntüləri diskə köçürülərək baxış keçirilməklə materiala əlavə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmətibbi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 426 nömrəli tibbi müayinə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində sağ təpə nahiyyəsinin hematoması bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 04 sentyabr 2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs 04 sentyabr 2023-cü il tarixdə döymüşdür. Toplanmış materialdan göründüyü kimi, aralarında yaranmış mübahisə zəminində Şəxs Zərərçəkmiş şəxs bədəni üzərində sağ sağ təpə nahiyyəsinin hematoması bərk-küt əşyanın təsirindən, dərəcəsi təyin edilməyən xəsarət yetirərək döymüşdür. Toplanmış material üzrə Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Əhməd Rəsullu tərəfindən 13 sentyabr 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirmişdir. Protokolu müdafiə edir. Tərflər barışsa xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 03 sentyabr 2023-cü il tarixdə qonşusu Rahib adlı şəxs ona nömrə verib dedi ki, bu adam onunla danışmaq istəyir. O da, işlə bağlı ola biləcəyini fikirləşib həmin nömrəyə zəng etdi. Danışıq zamanı telefonu bir qadın açmışdır. Həmin qadına adını dedikdən sonra həmin qadın onun ünvanına nalayiq ifadələr işlədib və telefonu söndürüb. O, da qonşusuna deyib ki, bu nə nömrədi vermisən. Qonşusu deyib ki, guya o, həmin qadının oğluna söyüş söymüşdür. Halbuki belə bir şey olmamışdır. Bildirmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə 15 radələrində həmin oğlanı Şəki rayonu, Aşağı Layısqı kəndində yerləşən Qəbələ marketin yaxınlığında görmüşdü. Qəbələ marketin yaxınlığında Asimi görüb, maşını saxlayıb və Asimə deyib ki, anası niyə onu təhqir edib. O, Qəbələ marketin yaxınlığında kameranın altında Asimin başınndan vurub. Göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət, düşmənçilik münasibəti olmamışdır. Sadəcə olaraq ona Asimin mobil nömrəsini vermişlər və Asimin onunla əlaqə saxlamaq istədiyini bildirmişlər. Törətmiş olduğu əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Şəki Regional Vəkil Bürosunun vəkili X6 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, uzun müddətdir ki, Yusif adlı şəxslə aralarında mübahisəsi var. Onların mübahisəsi torpaq üstündə düşmüşdür. O gündən bəri Yusif onu harada görsə ona söz atır. Təxminən iki gün əvvəl Yusif onu kənddə görüb və ünvanına nalayiq ifadələr işlədib. Sonuncu dəfə 04 sentyabr 2023-cü il tarixdə saat təxminən 15:00 radələrində şəhərdən kəndə qayıdan zaman Şəki rayonu, Aşağı Layısqı kəndində yerləşən Qəbələ marketin qarşısında Yusiflə raslaşıb, Yusif yumruqla onun başına zərbə vurub. Baş vermiş hadisə barədə DİN 102 xidmətinə məlumat verib. Hal-hazırda Yusifdən şikayətçidir. Onun qanun qarşısında cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizası və Patalojiya Anatomiya Birliyi X9 05 sentyabr 2023-cü il tarixli 426 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri: sağ təpə nahiyyəsinin hematoması bərk-küt əşyanın təsirindən törənməsi, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 13:50-də inzibati qaydada tutulmuş, saat 15:10-da azad edilərək məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs döymüş, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, cərimənin məbləği müəyyən olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 13:50dən saat 15:10-dək olan müddətdə inzibati qaydada tutulması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar