Məhkəmə qərarları › İş №3(075)-9/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-9/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-9/2024 09.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərfindən tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2023-cü il tarixdə, Şəki rayonu, Yeni Cələbixan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs əmlakına qəsdən zərər vurmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X3, Şəxs və Camalzadə Kənan Vəkil oğlu 17 avqust 2023-cü il tarixdə bıçaqla, ağacla və dəmirlə qəsdən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2107 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili vurub əzərək avtomobilinə 1095 manat məbləğində maddi ziyan vurmuşlar. Bu səbəbdən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 17 avqust 2023-cü il tarixdə saat 18 radələrində qardaşı Kənan Camalzadənin idarə etdiyi Vaz-21015 markalı, nömrəsini əzbər bilmədiyi avtomobillə Şəki şəhərindən yaşadıqları Yeni Çələbixan qəsəbəsinə gəlirdilər. Onlar məktəbin qarşısına çatmağa bir az qalmış Cavidanın əlində dəmirlə əmisi nəvəsi Kamalın üstünə cumduğunu görmüşdür. Birdən Cavidan da onları görmüş və geri qayıdıb maşınına oturub sürüb evlərinə doğru getmişdir. Kənan maşını Kamalın yanında saxlamış, onlar maşından yerə düşmüşlər. Kamala yaxınlaşıb demişdir ki, Cavidan niyə sənin üstünə gəlirdi. Kamal da onlara demişdir ki, deyəsən ondan qisas almaq istəyir. X8 demişdir ki, gəl otur səni evinizə aparaq. Kamal da razılaşmış və Kənanın maşınına oturmuşdur. Onlar Kamalı babası Kamalın evinin qarşısında aparıb düşürmüşlər. O və Kənan orada maşından düşmüşlər. Onlar maşından düşəndə əmisi Kamal, əmisi oğlu Murad küçədə evlərinin qarşısında dayanmışdılar. O, əmisi Kamala danışmışdır ki, bir az əvvəl o, Kənanla Şəki şəhərindən gəlirdilər. Birdən görmüşlər ki, Cavidan əlindəki dəmirlə Kamalın üstünə hucum edir. Onların maşınını görəndə geri qayıdıb maşınına oturub sürüb evlərinə getmişdir. Bu zaman o, Cavidanın idarə etdiyi Vaz- 2107 markalı maşınla məktəb yolundan əmisigilin küçəsinə dönüb onlara doğru gəldiyini görmüşlər. Cavidan onlara yaxınlaşanda o, onların hamısına söyüş-söydüyünü eşitmişdir. Həmin vaxt o, qardaşı Kənanla əmisi Kamalın evinin həyət darvazasının qarşısında dayanmışdılar. Əmisin nəvəsi Kamal isə əmisi Kamalla onlardan təxminən 2 metr aşağıda dayanıb söhbət edirdilər. Cavidan maşını ilə onlara çatıb keçən kimi sükanı qəflətən sağa fırladıb Kamalın üstünə sürmüş və avtomobilin sağ yan tərəfi ilə Kamalın sağ ciyin nahiyəsindən vurmuşdur. Zərbədən Kamal yerə yıxılmışdır. Cavidan isə maşını saxlamayıb sürüb getmişdir. Kamal çiyin nahiyəsindən xəsarət aldığı üçün əmisi Kamal tez təcili tibbi yardım çağırmışdır. Sonra o, qardaşı Kənanla çıxıb evilərinə getmişdir. Bir saatdan sonra Mingəçevir şəhərinə getmişlər. Səhəri gün isə qardaşı əvvəlcədən burun əməliyyatına növbə tutduğu üçün əməliyyat olunmuşdur. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/1457 nömrəli material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın surətinin X3, Şəxs, Camalzadə Kənan Vəkil oğlu, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəki ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli Şəki "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, “VAZ 2107” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 iştirakı ilə tərtib olunmuşdur. Avtomobilin texniki vəziyyətinə baxış keçirərkən nasazlıqlar aşkar edilmişdir. Avtomobilə lazım olan ehtiyat hissələri təmir xərci ilə birlikdə 1095 manat təşkil edir. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 14 dekabr 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar