Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-90/2021 24.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ DYPB-nin YPX baş inpektoru, polis leytenantı X4 iştirakları ilə, X1 barəsində tərtib olunmuş Şəki ŞRPŞ-nin YPX xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokolun və onu əsasında qəbul edilmiş müvafiq qətrarın ləğv edilərək inizbati xəta haqqında icraata xitam verilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin YPX xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokolun və onu əsasında qəbul edilmiş müvafiq qətrarın ləğv edilərək inizbati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 10:50 radələrində Şək şəhəri, S.Rəhman küçəsində hərəkət edərkən YPX-nin xidməti avtomobili yaxınlaşaraq avtomobilinə saxlama işarəsi vermiş və o da avtomobili saxlamışdır. Saxlanma səbəbini soruşduqda polis əməkdaşı onun işıqforun qırmızı işığnda keçdiyini bildirmişdir. O isə polis əməkdaşlarına işığforun qırmızı işığında keçmədiyini bildirərək, götüntünu göstərmələrini xahiş etmişdir. Polis əməkdaşları ona görüntünü təqdim etmişdir. Təqdim edilmiş video görüntüdə avtomobilin rəngini və nömrəsini görmək mümkün olmamışdır. Bu səbəbdən də protokolla razılaşmamış və onu imzalamaqdan imtina etmişdir. Sözügedən protokolu və qərarı xx xxxxxx 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin DYPB-dən almışdır. O, hazırda da Şəki ŞRPŞ-nin YPX xx xxxxxx 2021-ci il tarıxli İXP ******* saylı inzbatı xəta haqqında protokolundan və müvafiq qərardan narazı olduğundan şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Şəki ŞRPŞ-nin YPX xx xxxxxx 2021-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu və müvafiq qərar ləğv edilməli, inzibati icraata xitam verilməlidir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ DYPB-nin YPX baş inpektoru, polis leytenantı X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xidməti avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində “XXİ Əsr” adlı mağazasının yaxınlığındakı işıqfora yaxın ərazidə xidmət aparan zaman “Qax” dairəsi istiqamətindən Şəki şəhərinin bazar ərazisinə gedən S.Rəhman küçəsi istiqamətinə hərəkətdə olan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı tünd qırmızı rəngli avtomobil “Skazka Marketin” yaxınlığındakı işıqforun qırmızı işığında dönmə əməlyatı edərək keçmiş və hərəkətini davam etdirmişdir. O da dərhal xidməti avtomobillə həmin avtomobilin arxası ilə gedərək sonuncuya saxla işarəsi vermiş və sürücü avtomobilini saxlamışdır. Daha sonra o, sürücüyə yaxınşalaraq özünü təqdim etmiş, sürücüyə törətdiyi inzibati xətanı izah etmiş və bütün bu halları əks etdirən video görüntünü sürücüyə göstərmişdir. Lakin sürücü barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan narazı olduğunu bilirmiş və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Göstərmişdir ki, sürücünün bütün bu hərəkətləri videogörüntüdə qeydə almışdır. Həmin görüntülərdə ağ rəngli “Ford” markalı avtomobilin arxasıyca dönmə əməliyyatı aparan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı tünd qırmızı rəngli avtomobilin işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi aydın görünür. Qayda pozuntusu törətmiş avtomobili aşkar edən kimi də dərhal onun arxasıyca getmiş və həmin avtomobili saxlatdırmışdır. Hesab edir ki, şikayət əsaslı deyildir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İşdə olan ŞRPŞ DYPB-nin YPX baş inpektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP-3755254 nömrəli inzibati xəta haqqında protokoldan və onu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, İQ-3755254 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisə lentə alınmış diskindən görünür ki, ŞRPŞ DYPB-nin YPX baş inpektoru, Şəki şəhəri, H.Əliyev prospektində “XXİ Əsr” adlı mağazasının yaxınlığındakı işıqfora yaxın ərazidə xidmət aparan zaman “Qax” dairəsi istiqamətindən Şəki şəhərinin bazar ərazisinə gedən S.Rəhman küçəsi istiqamətinə hərəkətdə olan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı tünd qırmızı rəngli avtomobil “Skazka Marketin” yaxınlığındakı işıqforun qırmızı işığında dönmə əməlyatı edərək keçmiş və hərəkətini davam etdirmişdir. Polis əməkdaşı dərhal xidməti avtomobillə həmin avtomobilin arxası ilə gedərək sonuncuya saxla işarəsi vermiş və sürücü avtomobilini saxlamışdır. Həmin video görüntüyə baxış keçirilən zaman K.Lətifov bildirmişdir ki, o işiqforun yaşıl işıqda keçmiş və telefonuna zəng gəldiyi üçün dərhal sağda saxlayaraq telefonla danışmış, sonra hərəkətini davam etdirmişdir. Polis leytenantı X6 isə bildirmişdir ki, sürücünün işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi video-görüntüdə qeydə almışdır. Həmin görüntüdə ağ rəngli “Ford” markalı avtomobilin arxasıyca dönmə əməliyyatı aparan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı tünd qırmızı rəngli avtomobilin işıqforun qırmızı işığında hərəkətini davam etdirmiş və o qayda pozuntusu törətmiş avtomobili aşkar edən kimi də dərhal onun arxasıyca getmiş və həmin avtomobili saxlatdırmışdır. Görüntüdən də göründüyü kimi ağ rəngli “Ford” markalı avtomobilin arxasıyca dönmə əməliyyatı aparan “VAZ 21074” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı tünd qırmızı rəngli avtomobilin işıqforun qırmızı işığında hərəkətini davam etdirmişdir. Bundan sonra qayda pozuntusu törətmiş avtomobil polis əməkdaşı avtomobili ilə dərhal hərəkət edərək həmin avtomobili saxlatdırmışdır. Belə olan halda məhkəmə K.Lətifovun məhkəmə iclasında “işiqforun yaşıl işığında keçməsi, telefonuna zəng gəldiyi üçün dərhal sağda saxlayaraq telefonla danışması, sonra hərəkətini davam etdirməsi” ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır. Belə ki, onun işıqfora daxil olmasından sonra avtomobilini sağda saxlayaraq telefonla danışması məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Çünki polis əməkdaşı tərəfindən qayda pozuntusu aşkar edilən avtomobil təxirə salınmadan dərhal saxlanılmışdır. Bu zaman kəsiyində K.Lətifovun avtomobilini saxlayaraq telefonla danışması vaxt baxımından mümkün deyil. Çünki video-görüntüdən də göründüyü kimi polis əməkdaşı K.Lətifovun qayda pozuntusunu aşkar etdikdən dərhal sonra hərəkətə keçərək onu saxlatdırmışdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Bundan başqa iş materiallarından, SD diskdən məlum olur ki, X5 protokolu inzibati xəta törətmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP-3755254 nömrəli inzibati xəta haqqında protokoldan və onu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, İQ-3755254 nömrəli inzibati tənbeh vermə haqqında qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 Şəki ŞRPŞ-nin YPX xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokolun və onu əsasında qəbul edilmiş müvafiq qətrarın ləğv edilərək inizbati xəta haqqında icraata xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Şəki ŞRPŞ-nin YPX-nin xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inizbati xəta haqqında protokolun və onu əsasında qəbul edilmiş müvafiq qətrarın ləğv edilərək inizbati xəta haqqında icraata xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-90/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-90/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver