Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-900/2023 14.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Muşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-653/2021 saylı, 14 aprel 2021-ci il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-613/2023 saylı, 10 mart 2023-cü il tarixli, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-16287 saylı, 05 sentyabr 2023-cü il tarixli icra sənədlərinin icrası təmin edilmədiyi üçün borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 3(075)-900/2023 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan tələbkar "xxxx" MMC şikayət verərək Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 3(075)-900/2023 saylı qərarının ləğv olunmasını və borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 3(107)-283/2023 saylı qərarı ilə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(075)-900/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şəxs icra məmurunun icra sənədi üzrə göstərişlərinə məhəl qoymamasını, məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan məbləğindən ödəniş etməməsini nəzərə almamışdır. Şəxs protokol tərtib edilənədək icra sənədləri üzrə ödəməli məbləğindən ödəniş etməməsi və protokol tərtib edildikdən sonra, yalnız aliment borcundan 218 manat ödəniş etməsi onun məqsədinin məhkəmə qətnamələrinin icra edilməsi deyil, həmin vaxt tətbiq ediləcək inzibati tənbeh tədbirindən yayınmaq məqsədi daşımasıdır. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədləri üzrə ödəməli məbləğindən ödəniş etməməsi və protokol tərtib edildikdən sonra məhkəmə iclası zamanı bir icra sənədi üzrə zərərçəkmiş şəxs X2 218 manat ödəniş etməsi, həmçinin İ instansiya məhkəməsi iclasından sonra icra sənədləri üzrə digər zərərçəkmiş şəxslərə münasibətdə də ödəniş etməməsi icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirilməməsi anlamını inkar edə bilməz. Hazırkı işdən isə görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şəxs məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan borc məbləğini tam həcmdə və uzun müddət hər hansı miqdarda ödəniş etməməsini nəzərə almamışdır. İnzibati iş apellyasiya instansiya məhkəməsin tərəfindən geri qaytarıldıqdan sonra məhkəmə iclası 14 noyabr 2023-cü il tarixə, saat 16:00-a təyin edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-653/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 01 aprel 2010-cu il təvəllüdlü X8 və 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla cəmi 260 manat aliment tutularaq X2 ödənilməlidir. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan, 16 may 2021-ci il tarixdən hesablanmalıdır. İcra sənədi 17 may 2021-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən keçən müddət ərzində tələbin icrası təmin edilməmiş, nəticədə 235 manat aliment borcu qalmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-613/2023 saylı, 10 mart 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1062.32 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. İcra sənədi 10 may 2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən keçən müddət ərzində tələbin icrası tam təmin edilməmiş, həmin icra sənədi üzrə 930 manat borcu qalmışdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-16287 saylı, 05 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 493 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədi 06 sentyabr 2023-cü ildə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən keçən müddət ərzində tələbin icrası tam təmin edilməmiş, hazırkı tarixə 369 manat borcu qalmışdır. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən borclunun adına nəğd pul vəsaitinin, qiymətli əşyaların olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmək istənilmiş, lakin borclu evində baxış keçirilməsinə maneçilik etmiş, dəvət etməyimizə baxmayaraq evə gəlməmişdir. Hal-hazırda isə borclunun 235 manat aliment borcu, 1300 manat digər borcları vardır. Hazırkı işə aidiyyəti olmasa da Şəxs başqa bir icra sənədi üzrə də Zərərçəkmiş şəxs MMC-yə borcu olduğunu, həmçinin digər icra sənədi üzrə başqa bir fiziki şəxsə 700 manata yaxın borcu olduğunu bildirmişdir. Borclu barəsində dəfələrlə məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-653/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 01 aprel 2010-cu il təvəllüdlü X8 və 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla cəmi 260 manat aliment tutularaq X2 ödənilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 2(075)-613/2023 saylı, 10 mart 2023-cü il tarixli icra sənədinə əsasən ondan cəmi 1062.32 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-16287 saylı, 05 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 493 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Bildirmişdir ki, hazırda "xxxx" MMC-yə 930 manat və Zərərçəkmiş şəxs MMC-yə 369 manat borcu qalmışdır. Göstərmişdir ki, o, hal-hazıra heç yerdə işləmir. Maddi imkanı olduqca aşağıdır. Buna görə də icra sənədlərində göstərilən borc məbləğlərini tam olaraq ödəyə bilməmişdir. Bildirmişdir ki, o, bu gün icra sənədlərində göstərilən aliment borcundan 57 manat məbləğdə ödəniş etmişdir. Aliment borcunu tam ödəyib bitəcəyinə dair söz verir. O, digər tələbkarlar "xxxx" MMC və Zərərçəkmiş şəxs MMC-nin borclarını da hissə-hissə ödəyəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X10 Vəkil Bürosunun vəkili Vəkil izahat verərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədində göstərilən aliment borcundan bu gün də 57 manat məbləğdə ödəniş etmişdir. Borclunun maddi imkanı aşağıdır. Hal-hazırda heç yerdə işləmir. Rəsmi heç bir iş yeri yoxdur. Göründüyü kimi borclu Şəxs icra sənədini icra etməkdə qərəzli olaraq boyun qaçırmır. Digər iki icra sənədi yenidir. Son ödənişlər onu göstərir ki, o, artıq islah olunub. Son iki ayda 1000 manata yaxın pul ödəmişdir. Yenidən ailə həyatı qurmuşdur. Həmin nikahdan da uşaqları var. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-653/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 01 aprel 2010-cu il təvəllüdlü X8 və 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla cəmi 260 manat aliment tutularaq ona ödənilməlidir. Bildirmişdir ki, borclu Şəxs 10 ildir ki, alimentin ödənilməsini gecikdirmişdir. Alimenti vaxtı-vaxtında ödəməmişdir. Birgə nikahlarından olan uşaqları xəstədir. Uşağı müalicə olunmaq üçün həkimə aparır. Şəxs heş vaxt ona xəstəxana xərclərində köməklik göstərmişdir. Müalicə etdirməyə maddi imkanı çatmır. Bu ayın 16-sı yenidən 230 manat aliment borcu yaranacaqdır. Bu davamlı olan bir haldır. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-653/2021 saylı, 14 aprel 2021-ci il tarixli icra sənədinə əsasən 01 aprel 2010-cu il təvəllüdlü X8 və 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla cəmi 260 manat aliment tutularaq X2 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-613/2023 saylı, 10 mart 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1062.32 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-16287 saylı, 05 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 493 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Hazırkı iş üzrə Zərərçəkmiş şəxs MMC ərizə ilə məhkəməyə müraciət edərək, 8İ- 16287 saylı, 05 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 369 manat borcu qalmışdır. Digər zərərçəkmiş şəxs "xxxx" MMC də ərizə ilə məhkəməyə müraciət edərək, Şəxs 930.32 manat borcu qaldığını bildirmişdir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini, 3 icra sənədi üzrə ödənilməmiş borclarının olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və İXM-nin 31.4-cü maddəsi nəzərə alınmaqla barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs həbs olunmasının əvvəli qərar elan edildiyi vaxtdan, yəni 14 noyabr 2023-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-900/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-900/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver