Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-907/2024 05.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük məmuru X6, zərərçəkmiş şəxs Novruzəliyeva (Bayraməliyeva) Şəlalə Əsgər qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, X18 Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Dost MMC-də fəhlə işləyən, Şəki rayonu, Cəfərabad kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X2 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 05 sentyabr 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 18 iyul 2012-ci il təvəllüdlü X3 və 13 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq Novruzəliyeva (Bayraməliyeva) Şəlalə Əsgər qızına verilməlidir. Aliment tutulmasının əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər tərəflərə göndərilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olubolmaması barədə isə “Elektron İcra” sistei vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti, daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. X9 Dost MMC-də işlədiyi müəyyən edilmiş və xx.xx.2023-cü ildə borcluya hesablanan əmək haqqından hər ay 70% həcmində tutulması üçün yönəlmə məktubu göndərilmişdir. xx.xx.2023-cü ildə yığılmış 2264 manat aliment borcuna görə borclu barəsində İXM 528.1ci madəsinə əsasən inzibati protokol verilmişdir. Məhkəmə baxışına qədər tərəflər öz aralarında borclarının əmək haqqı kartı tələbkara verilməklə razılaşdıqları üçün məhkəmə baxışında inzibati xəta haqqında protokola xitam verilmişdir. xx.xx.2024-cü ildə tələbkar Şəlalə Bayraməliyeva İcra şöbəsinə müraciət edərək borclunun ona verdiyi əmək haqqı kartını blokladığını, 2-3 ay kardan pul çıxarda bilmədiyini bildirmişdir. Eyni zamanda tələbkar hal-hazırda olan 2263 manat aliment pulunun birdəfəlik ödənilməsini tələb etmişdir. Şöbədə olarkən borcluya 2263 manat aliment borcunun olduğu bildirilmiş, ümumiyyətlə aliment ödəyib-ödəməməsi barədə sual verilmiş, borclu hal-hazırda aliment borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Yaranmış aliment borcunun ödənilməsi tələb edilsə də, borclu icra sənədi üzrə tələbi yerinə yetirməmiş, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Hazırda borclunun 2263 manat aliment borcu vardır. X7 oğlu 05 sentyabr 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:00-da məhkəməyə gətirilmişdir. Zərərçəkmiş şəxs Novruzəliyeva (Bayraməliyeva) Şəlalə Əsgər qızı izahat verib bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 18 iyul 2012-ci il təvəllüdlü X3 və 13 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq ona verilməlidir. Borclu Şəxs ona olan aliment borcunu vaxtlı-vaxtında ödəmədiyi üçün aliment borcu yaranmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilirək məhkəməyə verilmişdir. Məhkəmə iclasında ödənilməli aliment borcunun ödənilməsi ilə bağlı öz əmək haqqını ona verdiyindən o, borcu Fərahimlə razılaşmış və məhkəmə tərəfindən işə xitam verilmişdir. O, Fərahimin karından 2-3 ay pulu çıxarsa da sonradan Fərahimin kartı bloklaması səbəbindən pul çıxara bilməmişdir. Hazırda Fərahimin ona 2263 manat aliment borcu vardır. Uşaqlarının məktəbə göndərilməsi xərclərinə görə 1500 manat pul bu gün ödəyərsə qalan borcları razılaşa bilər. Belə olmadıqda pulun tam ödənilməsini, əks təqdirdə Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verib bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 18 iyul 2012-ci il təvəllüdlü X3 və 13 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq ona verilməlidir. Zərərçəkmiş şəxsə borcunu ödəyəcəyinə söz versə də ödəyə bilməmişdir. Əldə etdiyi gəlirlə özünün ehtiyaclarını çətinliklə ödəyir. Hazırda icra sənədi üzrə borcundan heç bir ödəniş edə bilmir, buna imkanı yoxdur. əmək haqqı kartını verib sonra bağatdırmasının səbəbi isə öz ehtiyacları ucbatından olmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. X18 Vəkil Bürosunun vəkili X1 Fərahim Tapdıq oğlunun barəsində olan inzibati xəta haqqında protokolun təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 18 iyul 2012-ci il təvəllüdlü X3 və 13 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq Novruzəliyeva (Bayraməliyeva) Şəlalə Əsgər qızına verilməli, aliment tutulmasının əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 16 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-63/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu X5 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 3(075)-1154/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə baxışında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs təqsirini səmimi etiraf edir və himayəsində azyaşlı uşaqları vardır. Məhkəmə həmin halları cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Cəzanı ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X7 məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Hətta birinci dəfə işə məhkəmədə baxılan zaman aralarında razılıq yarandığı görnüşü yaradaraq əmək haqqı kartını versə də, sonra kartı bağatdırıb pul götürməsinə imkan verməməklə qərəzli hərəkətlərini davam etdirmişdir. Bununla da, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. X7, zərərçəkmiş şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, X7 05 sentyabr 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, X2 05 sentyabr 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, X7 icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, X2 həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 05 sentyabr 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 sentyabr 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-907/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-907/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver