Məhkəmə qərarları › İş №3(075)-91/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-91/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-91/2023 30.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxx 1972-ci ildə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Oxud kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki rayon İcra və Probasiya çöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 30 yanvar 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 2(075)-752/2011 nömrəli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 50 manat məbləğində aliment alınaraq tələbkar Hacıağayeva (Cabbarova) Sərmayə Nəzir qızına ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(075)-12559/2016 nömrəli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 80 manat məbləğində aliment alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədləri üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak əmək haqqı və pensiya aşkar edilməmişdir. Hazırda İcra sənədi üzrə borclu Şəxs ödənilməmiş aliment borcu 6960 manat təşkil edir. Sözügedən aliment borcunun borclu tərəfindən icra edilmədiyi üçün borcluya rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu Şəxs İcra məmurunun çagrışlarına gəlmədiyi üçün onun barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək xx.xx.2022-ci il tarixdə icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir.Ondan həmin tarixdə izahat alınmışdır. Borcludan yaranmış aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadığını həmçinin yaranmış aliment borcundan ödəniş etmək imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə edir, qanuni qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, Şəxs 30 yanvar 2023-cü il tarixdə, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:45-də məhkəməyə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Maddi imkanı olmadığına görə borcunu ödəyə bilmir. İşsiz olduğunu bildirərək, iş tapacağı təqdirdə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan hissə-hissə ödənişlər edəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X13 X1 əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Şəki Rayon Məhkəməsinin 2(075)-752/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs hər ay 50 manat aliment alınaraq 26 mart 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəki rayonunun, Kiş kəndində yaşayan Cabbarova (Hacağayeva) Sərmayə Nəzir qızına verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-12559/2016 nömrəli, 19 dekabr 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, 26 mart 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq X2 ödənilməlidir. İcraata başlama haqqında 22 iyul 2011-ci il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-752/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İcraata başlama haqqında 24 yanvar 2017-ci il tarixli qərarların surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-12559/2016 nömrəli, 19 dekabr 2016-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Şəki Rayon Məhkəməsini 3(075)-683/2014 saylı, 02 dekabr 2014-cü il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə həbs edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsini 3(075)-233/2016 saylı, 25 aqprel 2016-cı il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Rayon Məhkəməsinin 2(075)-752/2011 nömrəli, xx.xx.2011-ci il tarixli və Şəki Rayon Məhkəməsinin 2(075)-12559/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqələrinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, icra sənədi üzrə bügunədək heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar